ABŞ-da koronavirusun dördüncü dalğası

0
22

ABŞ koronavirusun dördüncü dalğasını yaşayır.

Bu barədə Minnesota Universitetində yoluxucu xəstəliklərin araşdırılmasına rəhbərlik edən epidemioloq Mayl Osterholm “Fox News”un efirində deyib.

“Hesab edirəm ki, bu belədir və hansısa mənada demək olar ki, yeni pandemiyanın ortasındayıq”, – deyə epidemioloq bildirib.

Bununla yanaşı, o vaksinlərin koronavirusun yeni şatammlarına qarşı (Britaniya) təsirli olmasını yaxşı xəbər hesab  edir.

Alim “Britaniya ştammı”nın uşaqlara daha çox yoluxduğunu, onları virus daşıyıcılarına çevirdiyini, bunun koronavirusun orijinal versiyasının yayıldığı zaman müşahidə edilmədiyini bildirib.

O, belə bir vəziyyətdə səlahiyyətlilərin məktəblərin fəaliyyəti ilə bağlı hazırladıqları planları yenidən nəzərdən keçirilməli olduqlarını vurğulayıb.

Qeyd edək ki, ABŞ  həm yoluxma (31 420 331 nəfər), həm də ölüm sayına görə (568 777 nəfər) dünyada birinci yerdədir.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code