LG smartfonları tarixə qovuşdu: Şirkət istehsalı dayandırdı

0
26

Cənubi Koreyanın “LG Electronics” şirkəti smartfon istehsalını dayandırır.

“RİA Novosti” agentliyi xəbər verir ki, bu barədə şirkətin yaydığı açıqlamada qeyd olunur.

“LG Electronics” ciddi rəqabətdə olan mobil telefon sektorundan çıxmaq və diqqətini elektrikli nəqliyyat vasitələrinin, robot texnikasının, süni intellekt və internet avadanlıqlarının istehsalına ayırmaq niyyətindədir.

Qeyd olunur ki, “LG Mobile Communications” ilk dəfə 1990-cı ildə mobil telefonların istehsalına başlamışdı.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code