Siqaretin daha bir mənfi təsiri ÜZƏ ÇIXDI

0
8

Gündə bir qutudan artıq siqaret çəkənlərdə rəngləri görmə qabiliyyətini itirmə riski artır.

Medonline.az
 “Science Daily”ə istinadla əbəbr verir ki, Rutgers Universitetinin tədqiqatçıları gündə bir paketdən çox siqaretin rəngləri görmə qabiliyyətinə mənfi istiqamətdə təsir etdiyini bildiriblər.

Tədqiqat işində həyatlarında 15 ədəddən az siqaret çəkən 71 sağlam insanla gündə ən az 20 ədəd siqaret çəkən 63 nəfər üzərində elmi müşahidələr aparılıb.

Mütəxəssislər siqaret çəkənlərdə siqaret çəkməyənlərlə müqayisədə kontrastları və rəngləri ayırd etmə qabiliyyətinin azaldığını müəyyən ediblər.

Siqaret çəkənlərin eyni zamanda, qırmızı-yaşıl və göy-sarı rəng qammalarının qavrayışında əhəmiyyətli dəyişikliklər olduğu aşkar edilib.

Tədqiqat işində nikotin və siqaretin gözün torlu qişasındakı qan damarları və neyronlara zərər verdiyi də qeyd edilib.

İştirakçıların 25 ilə 45 yaşlarında olduğu, görmə qabiliyyətlərinin normal və düzəldilmiş normal kateqoriyasına daxil olduğu bildirilir.

Tədqiqat işinin nəticələri “Psychiatry Research” jurnalında dərc olunub.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code