Rusiyada COVID-19 ştammlarına qarşı yeni texnologiya yaradıldı

0
11

Rusiyada koronavirusun yeni mutasiyalarının ortaya çıxdığı zaman koronavirus peyvəndini iki günə yeniləməyə imkan verəcək texnologiya yaradılıb.

Bu barədə Qamaleya Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin direktoru Aleksandr Qintsburq “RİA Novosti”yə müshibəsində deyib.

Onun sözlərinə görə, mərkəzin mütəxəssisləri bu cür iki texnologiyanın yaradılması üzərində çalışır.

Bunlardan biri artıq adenoviral vektorlar əsasında hazırlanıb:

“Demək olar ki, bir gün ərzində yeni ardıcıllıq sintez edilir və ertəsi gün istifadə olunan vektora daxil edilir və bu praktik olaraq peyvənd kimi istifadəyə imkan verir”.

O qeyd edib ki, paralel olaraq yeni dərmanın sınaqlarının bütün mərhələlərinin aparılması zərurəti ilə bağlı müzakirə aparılır.

Qintsburq dünya praktikasında alimlərin 100 nəfərlik qrup üzərində testlər keçirməsinə icazə verildiyi nümunələrin olduğunu da vurğulayıb.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code