Qapanma nə zaman olacaq?

0
4

Koronavirus pandemiyası səbəbilə karantin, SMS icazə, sərtləşdirmə, yumşaltma və s. qərarları təkcə yoluxma sayı ilə verilmir, xəstəxanalarda yer sayına uyğun verilir.

Medonline.az xəbər verir ki, bu sözləri anestezioloq-reanimatoloq Şahin Məmmədov qeyd edib.

O bildirib ki, xəstəxanalarda yer dolduğu zaman qapanmalara getmək məcburiyyəti yaranır: “Statistikaya baxıb hamı düşünür ki, SMS icazə tətbiqi olacaq. Karantinin sərtləşdirilmə qərarı xəstəxanalarda yer problemi yarananda verilir. Yəni xəstəxanalar tam dolanda. Hələ ki, xəstəxanalar boşdur”.

Həkim əhali sayı çox olan bəzi ölkələrdə sərt karantin tədbirlərinin və SMS icazənin tətbiq edilməməsinin səbəbini onlardakı xəstəxanalarda boş çarpayıların olması ilə izah edib.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code