Hər iki gözünü itirən qazimizin atası vəfat etdi

0
17

Vətən müharibəsi qazisi İsmayıl Hüseynova ağır itki üz verib. 

“Qafqazinfo” xəbər verir ki, onun atası Məhəmməd Hüseynov ötən gün dünyasını dəyişib. 

İ.Hüseynov bildirib ki, atasının beynində şiş olub:

“Bu səbəbdən də dünyasını dəyişib. Hələ ki, dəfn edilməyib. Atam 1964-cü il təvəllüdlü idi”.

Qeyd edək ki, müharibədə qazimiz İ.Hüseynov hər iki gözünü itirib. O, Cəlilabad şəhərində yaşayır.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code