Azərbaycan və Türkiyə arasında qardaşlığı özündə əks etdirən park salındı!

0
10

Türkiyə və Azərbaycan dövlətləri arasında mədəni və işgüzar əlaqələrin qurulmasında soydaşımız Bilal Dündarın da xidmətləri böyükdür. Bilal bəy hazırda “Türkiye-Azerbaycan Dernekleri Federasyonu”nun qurucusu və rəhbəri, “Azerbaycanın sesi” jurnalının baş redaktorudur. Aprel ayının 2-də  “Türkiye-Azerbaycan Dernekleri Federasyonu”nun təşəbbüsü və Türkiyə Cümhuriyyəti Kocaeli Böyükşəhər Bələdiyyəsinin rəhbəri Tahir Büyükakının Sərəncamına əsasən “Türkiye-Azerbaycan Kardeşlik Ormanı Fidan Dikim Töreni” keçirildi. Ağacəkmə kampaniyasında Türkiyə və Azərbaycan ziyalıları, tələbə-gənclər də iştirak etdilər. Biz, dəyərli B.Dündarla telefon əlaqəsi saxladıq. O, dedi:

– Mənim qanımda Azəri-türk qanı axır. Harda olmağımdan, harda işləməyimdən asılı olmayaraq çalışmışam ki, Türkiyə və Azərbaycan arasında əlaqələr daha da genişlənsin. Biz, Türkiyədə Xocalı soyqırımının qurbanlarına möhtəşəm abidə ucaldılmasına nail olduq. Kocaelidə yaratdığımız “Haydar Aliyev adına Kocaeli Kultur Evi”ni ziyarət edənlərin sayı-hesabı yoxdur. Bu Parkın istifadəyə verilməsi də çox mühüm hadisədir. Mən, layihənin həyata keçirilməsində zəhməti olan hər bir şəxsə, şəxsən, Kocaeli Büyükşehir Belediye Başkanı Tahir Büyükakına təşəkkür edirəm.

                                                             Şamilə Şamilqızı,

                                                              Medonline.az   

                                                               Bakı, 02.04.2021.                        

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code