“Zənginlik açarı”nı iki ay avtomobilində gəzdirən amerikalı 100 min dollar qazandı

0
8

ABŞ-ın Virciniya ştatından olan Felton Lampkin avtomobilində iki ay “zənginlik açarı”nı gəzdirdiyindən xəbərsiz olub.

Bu barədə UPI xəbər verir.

Mekaniksvill şəhər sakinin sözlərinə görə, lotereya biletini aldığını unudub və onu iki ay sonra – maşını qaydaya salarkən təsadüfən tapıb.

O, rəqəmləri yoxladıqda və 100 min dollarlıq (170 000 AZN) cekpotu udduğunu biləndə ​şoka düşüb.

“Xanımımı bağıraraq çağırdım ki, gəl, buna bax. Hələ də nə qədər şanslı olduğumu anlamaqda çətinlik çəkirəm”, – deyə Lampkin bildirib.

Amerikalı pulu necə xərcləyəcəyinə hələ qərar verməyib.

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code