Türkiyəli qonaqlar Şəhidlər Xiyabanını və Türk Şəhidliyi kompleksini ziyarət ediblər!

0
22


Azərbaycanın II Vətən savaşını uğurla başa çatdırmasında Türkiyənin Dövlət Başçısı Rəcəb Tayyib Ərdoğan, bütövlükdə isə Türkiyə, Azərbaycan və Pakistan dövlətləri həlledici rol oynadılar. Tarixi qələbənin qazanılmasında həm də “Bayraktar” pilotsuz uçuş aparatları da mühüm əhəmiyyət kəsb etdi. Bu uçuş aparatlarının istehsal və satışında xüsusi xidmətləri olan Selcuk Bayraktar Azərbaycan xalqının daim hörmətlə yad edəcəyi şəxslərdəndir.


Aldığımız məlumata görə, 31 mart-Dünya Azərbaycanlılarının soyqırımı günü ərəfəsində Selcuk Bayraktar Azərbaycana gəlib. Selcuk bəy dünya şöhrətli siyasətçi Heydər Əliyevin məzarını, Bakıdakı I Şəhidlər xiyabanını və Türk şəhidliyi kompleksini ziyarət edib. Ziyarətdə Türkiyənin Azərbaycandakı Səfirliyinin əməkdaşları da iştirak edib.

 

Şamil Sabiroğlu,

Medonline.az.

Bakı, 01.04.2021.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code