Qeyri-Hökumət Təşkilatlarının fəalları Şəhidlər Xiyabanını ziyarət etdilər

0
44

 

1918-ci il martın 31-i ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin ilk genişmiqyaslı cəhdi olmuşdur. Aprel ayının 3-ünə qədər Bakı şəhərində, həmçinin Qarabağ, Naxçıvan , Şamaxı, Quba Xaçmaz, Lənkəran, Salyan , Zəngəzur və digər ərazilərdə bolşeviklərin dəstəyi ilə  erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqrımı nəticəsində rəsmi mənbələrə əsasən 30 minə yaxın soydaşımız qətlə yetirilib. Yaşayış məntəqələri, tarixi abidələr məhv edilib.

“Xocalı Soyqrımını Tanıtma” ictimai birliyi, Qarabağ Azadlıq Təşkilatının fəalları və Azərbaycanın Milli Qəhramanı  Asif (Fred)  Məhərrəmov İnkişaf Fondunun üzvləri  mart soyqrımının 103-cü ildönümü ilə əlaqədar Bakıdakı I Şəhidlər Xiyabanını ziyarət etdilər. Qeyri-Hökumət Təşkilatının fəalları, eyni zamanda  medonline.az saytının  Redaksiya Şurasının üzvləri şəhidlərin məzarı önünə gül dəstələri qoydular.

 

 

 

Könül Həsənli,

 Medonline.az

 01.04.2021

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code