Brüssel məhkəməsi Belçika hökumətinə karantinin ləğvi barədə hökm verib

0
13
epa08429983 Masked people walk with the city center in the background in Brussels, Belgium, 18 May 2020. Belgium eased lockdown measures in place to curb the spread of the COVID-19 pandemic, caused by the novel coronavirus. EPA-EFE/OLIVIER HOSLET

Brüsselin birinci instansiya məhkəməsi Belçika hökumətinə 30 gün ərzində vətəndaşların əsas hüquqlarını pozan karantin məhdudiyyətlərini ləğv etməsi barədə göstəriş verib.

Bu barədə “Derniere heure” qəzeti xəbər yayıb.

Məhkəmənin qərarına əsasən, ölkədə 28 oktyabrdan bəri tətbiq olunan bütün sərt məhdudiyyətlər ləğv edilir.

Belçika hökumətinə qarşı iddia “İnsan Hüquqları Liqası” təşkilatı tərəfindən martin 12-də qaldırılıb.

Oktyabr ayının sonunda Belçikada sərt karantin rejimi və komendant saatları bərpa edilib. Hazırda ölkədə bütün məktəb və uşaq bağçaları, restoranlar, barlar, kiçik əhəmiyyət daşıyan mağazalar (geyim, ayaqqabı, oyuncaq, gözəllik məhsulları, elektronika və s.), bütün əyləncə, mədəni və idman obyektləri bağlıdır.

Həm qapalı, həm də açıq yerlərdə maska ​​rejimi və sosial məsafə qaydaları məcburidir. Xaricə səyahət ən az 18 aprel tarixinədək qadağandır. Komendant saatı ölkə daxilində saat 00:00-dan 05:00-a qədər, paytaxtda – 22:00-dan 06:00-a qədər qüvvədədir.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code