SON DƏQİQƏ! Bakıda məktəblər bağlanır? – RƏSMİ AÇIQLAMA

0
3

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) paytaxt məktəblərində əyani tədrisin dayandırılacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Medonline.az-ın məlumatına görə, idarənin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov yayılan xəbərlərin yalan olduğunu deyib.

“Yanlış məlumat yayanların yeni cəhdləri əvvəlkilərdən fərqlənmir. Əsassız olaraq rəsmi atributlar fonunda saxta informasiya yayanlar, çaşqınlıq yaratmaq istəyənlər bu kimi əməllərin hüquqi məsuliyyət yaratdığını unutmamalıdırlar”, – qurum rəsmisi bildirib.

Qeyd edək ki, BŞTİ-nin adından yayılan məlumatlarda aprelin 2-dən 14-dək koronavirusa yoluxma hallarının artması səbəbindən məktəblərdə əyani tədrisin dayandırılacağı və dərslərin distant formada davam etdiriləcəyi iddia olunub.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code