Şəhidləri yad edirik!

0
47


1918-ci il martın 31-dən aprel ayının 4-nədək Rusiya bolşevikləri və erməni daşnaklarının təşkilatçılığı ilə Azərbaycan xalqına qarşı soyqırım siyasəti həyata keçirildi. Soyqırım zamanı azı 25.000 nəfər günahsız insan həlak oldu. Azərbaycan xalqı mart soyqırımı qurbanlarının xatirəsini əziz tutur.
“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyi, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun üzvləri, medonline.az, xebertv.az və fact-info.az saytlarının əməkdaşları adından, həmçinin, medonline.az saytının Redaksiya Şurasının üzvləri adından Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk.
Hörmətlə,
Şamil Sabiroğlu,
Ədalət Məhərrəmov,
Taryel Eyvazov,
Elmira Əliyeva,
Əvəz Almədətov,
Əkrəm Bəydəmirli.
Bakı, 31.03.2021.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code