Peyvəndin ilk dozasını vurduran Pakistan prezidenti koronavirusa yoluxub

0
58

Pakistan prezidenti Arif Alvi peyvəndin ilk dozasının vurulmasına baxmayaraq, koronavirusa yoluxub.

“Mənim testimin cavabı müsbətdır. Allah bütün COVID-19 xəstələrinə şəfa versin. Peyvəndin ilk dozasını almışam, lakin anticisimlər ikinci dozadan sonra yaranır. Onu bir həftə sonra vurdurmalı idim. Xahiş edirəm, ehtiyat tədbirlərinə riayət edin”, – dövlət başçısı “Twitter” səhifəsində yazıb.

Xatırladaq ki, bir müddət öncə peyvəndin ilk dozasını vurduran Pakistanın Baş naziri İmran Xan da koronavirusa yoluxub.

Qeyd edək ki, ölkədə vaksinasiya prosesi fevralın 3-də start götürüb.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code