Yusif Kərimov: “Məqsədimiz hər məsələdə ədalətin əsl təntənəsinə nail olmaqdan ibarətdir!”

0
97

Müsahibimiz Bakı şəhər 15 saylı Vəkil Bürosunun vəkili Yusif Əli oğlu Kərimovdur.

 

-Yusif bəy,  zəhmət olmasa özünüz haqda qısa məlumat verərdiniz.


Təvəllüdüm- 18.12.1962-ci il. 1979- 1984-cü illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil almışam. 1985- ci ildən 1992-ci illər ərzində Bakıda yerləşən müəssisələrdə hüquq məsləhətçisi vəzifələrində çalışmışam. 1992-ci ilin oktyabr ayından 2000- ci ilin sentyabr ayınadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Aparatında işləmişəm. Həmin nazirlikdə son vəzifəm Nazirliyin mətbuat xidmətinin rəisi vəzifəsi olmuşdur.


– Yusif bəy,  Sizin hakimlik fəaliyyətiniz də olub. Dogrudurmu?


-Bəli. 2000-ci ilin sentyabr ayından 2007-ci ilədək Bakı şəhəri Səbail rayon Məhkəməsinin hakimi vəzifəsində, 2007-ci ilin iyul ayından 10 may 2010-cu il tarixinədək Sabunçu rayon məhkəməsinin hakimi vəzifəsində çalışmışam.


– Yusif bəy, bir hüquq işçisi kimi deyərdiniz, ədaləti təmin etmək çətindirmi?


-Yaxşı sualdır. Amma, həm də, çətin. Əlbəttə, ədaləti tarazlamaq, ədalətə riayət etmək, ədalətə söykənmək həmişə çox çətin olur.


– Yusif bəy,  hakimlik yoxsa vəkillik fəaliyyəti dönəminizdə qərar verməkdə daha çox çətinlik çəkmisiniz?


-Məntiqli sualdır. Düşünürəm ki, hakim olaraq qərar vermək daha çətin, daha məsuliyyətli, hətta, taleyüklü məsələdir.


– Yusif bəy bir müsahibənizdə belə bir fikir səsləndirmisiniz:  “Avropa Məhkəməsinə şikayətlərin sayı çoxaldıqca, vətəndaşlarda milli hakimlərimizə olan inam azalır” . Bunun açıqlamasını verə bilərsinizmi? Maraqlıdır, milli hakimlərimizə inamın itməsi onların doğru olmayan qərarlarındanmı irəli gəlir?


-Düz qeyd edirsiniz! Mənim belə fikirlərim var. İndi də, eyni fikirdəyəm.
Yəni, bizim milli hakimlərimizin qanunsuz, əsassız və ədalətdən uzaq qərarlarının sayı nə qədər çox olarsa, İnsan Hüquqlarına dair Avropa Məhkəməsinə vətəndaşlarımız tərəfindən edilən müraciətlərin sayı çoxalacaq. Amma, eyni zamanda, bir məqamı da, qeyd etməyə bilmərəm. Son 1-2 ildə qəbul edilən qanunsuz və əsassız yekun məhkəmə aktlarının ( qətnamə, hökm, qərar və qərardad) sayı azalmaqdadır. Bu, bizi sevindirir.


Sonda bilmək istərdik. Uzun illər Azərbaycan xalqına, həmçinin ədalətsizliyə qarşı xidmətiniz layiqincə qiymətləndirilibmi?


-Hesab edirəm ki, bəli. 10 il ərzində hakim vəzifəsində çalışmışam, 4- cü ildir ki, vəkil kimi fəaliyyət göstərirəm. Hamımızın arzusu- hər məsələdə ədalətin əsl təntənəsinə nail olmaqdır. Bu sözlər pafos deyil, zamanın gerçək tələbidir…

 

                         Müsahibəni hazırladılar:      Şamil Sabiroğlu,

                                                                          Sima Cəfərova.

                                                                          medonline.az

                                                                         Bakı, 29.03.2021.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code