Allergiyası olanlara peyvənd vurula bilər? – AÇIQLAMA

0
45

İstənilən peyvəndləmə üçün əsas əks göstəriş xəstəliyin kəskinləşməsi və nəzarətə alınmayan gedişinin olmasıdır.

Bu barədə Səhiyyə Nazirliyinin baş allerqoloqu Lalə Allahverdiyeva məlumat verib.

Həkim allergik xəstələri maraqlandıran suala da cavab verib. O bildirib ki, allergiyası olan insanlar COVID-19 peyvəndi vurdura bilər:

“Allergik xəstəliklər peyvəndlənmə, o cümlədən də COVID-19 əleyhinə vaksinasiya üçün əks göstəriş deyil. 

Peyvəndlənməyə mütləq əks göstəriş əvvəllər yeridilmiş digər peyvənd və ya zərdablara qarşı allergik reaksiyaların, peyvəndin tərkibinə daxil olan komponentlərə qarşı ağır sistem və anafilaktik reaksiyaların olmasıdır. Peyvəndlər və ya inyeksiya şəklində olan dərman preparatları ilə bağlı olmayan digər allergik reaksiyalar COVID-19 əleyhinə peyvəndlənmənin aparılmasına əks göstəriş deyil.

Allergik xəstəliyin kəskinləşməsi peyvəndlənmənin aparılmasına müvəqqəti əks göstərişdir. Xəstəliyin kəskin əlamətlərini aradan qaldırmaq və remissiya dövründə peyvəndlənmək lazımdır”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code