Beyonsenin milyon dollarlıq əşyaları oğurlandı

0
15

Naməlum şəxslər amerikalı müğənni Beyonseni (Beyonse Jizel Noulz-Karter) qarət ediblər. Zərərin məbləği bir milyon dollardan çox qiymətləndirilir.

Medonline.az xəbər verir ki, bu barədə TMZ portalı hüquq-mühafizə orqanlarındakı mənbəsinə istinadən bildirib.

Bu ilin mart ayında oğrular iki dəfə Beyonsenin “Parkvood Entertainment” prodüser şirkətinə məxsus anbarlarını qarət ediblər. Soyğunçular müğənninin bahalı çantaları və paltarları daxil olmaqla qiymətli əşyalarını, eləcə də onun stilistinə məxsus əmlakı aparıblar.

Mənbənin məlumatına görə, işin araşdırılması ilə Los-Anceles polisi məşğul olur. Əməkdaşlar oğurluqda şübhəli bilinənləri hələ tuta bilməyib.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code