Makrondan “yeni növ dünya müharibəsi” açıqlaması

0
4

Avropa peyvəndlə əlaqəli “yeni növ dünya müharibəsi” ilə qarşılaşır.

“Le Figaro” xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron bildirib.

Onun sözlərinə görə, bu, digər baş verənlərlə yanaşı “Rusiya və Çinin peyvəndlərin köməyi ilə təsir etmək istəyi” üzündən baş verib.

Fransa lideri vurğulayıb ki, Avropanın mövcud vəziyyətdə bu cür dərmanların istehsalında müstəqil olması lazımdır.

Makron önümüzdəki aylarda Avropanın koronavirus peyvəndi istehsalını artıracağını və ən böyük peyvənd istehsalçısı olacağını vəd edib. Eyni zamanda o təklif edib ki, istehsalçı Avropa İttifaqına tədarük etmə öhdəliklərini yerinə yetirməzsə, dərmanların ixracının qarşısı alınsın.

Fransa lideri qeyd edib ki, “Pfizer” və “Moderna” “AstraZeneca”dan fərqli olaraq, öz öhdəliklərinə sadiq qalırlar.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code