Hindistanda koronavirus xəstəxanasında yanğın: 6 nəfər həyatını itirdi

0
15

Hindistanın Mumbay şəhərində koronavirus xəstəxanada baş verən yanğında ölənlərin sayı altı nəfərə çatıb.

Bu barədə “Reuters” məlumat yayıb.

Ümumilikdə xilasedicilər və yanğınsöndürənlər ventilyasiya cihazlarına qoşulmuş yeddi nəfər də daxil olmaqla 76 xəstəni alovdan xilas ediblər. Onlar başqa xəstəxanaya yerləşdirilib.

Hadisənin baş verdiyi koronavirus xəstəxanası ticarət mərkəzinin üçüncü mərtəbəsində yerləşir. Birinci mərtəbədə başlayan yanğın üçüncü ağırlıq dərəcəsində olub.

Yanğının baş vermə səbəbi hələ müəyyən edilməyib, faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code