ABŞ-da qadın azaraq üç həftə kanalizasiya tunellərində qalıb

0
21

ABŞ-ın Florida ştatında azaraq üç həftə kanalizasiya tunellərində qalan qadın aşkar olunub.

ABC-7 kanalının məlumatına görə, çılpaq qadın Delrey Biç şəhəri ərazisində yağış suları üçün nəzərdə tutulmuş yeraltı yoldan tapılıb.  

Küçədən keçənlər asfalt üzərindəki kanalizasiya lyukundan gələn qadın çığırtılarını eşidərək polisə xəbər veriblər. Asayiş keşikçiləri 43 yaşlı xanımı xilas edilərək, xəstəxanaya aparıblar.

Qadın polis əməkdaşlarına bildirib ki, sevgilisinin evinin yaxınlığındakı kanalda çimərkən yeraltı qapı görüb və maraq üçün qapını açaraq içəriyə daxil olub. Sonradan tunellərdə azdığını deyən xanım 20 gün orada qaldığını qeyd edib. 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code