SON DƏQİQƏ: İki təyyarə havada toqquşdu – DÜNYA ŞOKDA

0
8

Tayvanda dəhşətli qəza baş verib.

Medonline.az xəbər verir ki, orduya məxsus iki F-5E döyüş təyyarəsi havada toqquşub. Məlumata görə, Sakit okeanı üzərində baş verən qəzadan bir neçə saniyə əvvəl pilotlar katapult edib. Onlardan biri quruya düşməyi bacarıb. Digəri itkin düşüb. Bildirilir ki, 4 təyyarə təlim məqsədilə havaya qalxıb. Onlardan 2-si havaya qalxandan bir neçə dəqiqə sonra naməlum səbəbdən bir-birilə toqquşub. Təyyarələrin qalıqlarının bir hissəsi quruya səpələnib. Hadisənin səbəbləri araşdırılır.

Qeyd edək ki, bir müddət əvvəl Tayvan ordusuna məxsus F-5E təyyarəsi və hərbi helikopter qəzaya uğramışdı.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code