Hava ilə bağlı xəbərdarlıq edildi

0
10

Tibbi-meteoroloji proqnoza əsasən, martın 23-də Abşeron yarımadasında mülayim gilavar küləyinin arabir güclənəcəyi gözlənilir. Bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Bakı və Abşeron yarımadasında martın 23-də hava şəraiti dəyişkən buludlu olacaq, əsasən, yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq.

ETSN Milli Hidrometeorologiya Xidmətindən Medonline.az-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 5-7 dərəcə isti, gündüz 13-17 dərəcə isti, Bakıda gecə 5-7 dərəcə isti, gündüz 15-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 753 mm civə sütununa enəcək, nisbi rütubətgecə 70-80 faiz, gündüz 50-55 faiz olacaq.

Martın 23-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdəduman olacaq. Cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 4-8 dərəcə isti, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz5-8 dərəcə istiolacaq.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code