Ağsuda təkrar vaksinasiyaya başlanılıb – FOTO

0
17

Ağsu şəhərində “COVİD-19” virusuna qarşı təkrar vaksinasiyalar aparılır.

Medonline.az-ın bölgə müxbirinin verdiyi xəbərinə görə, koronavirusa qarşı peyvənd işlərinə start verilən gündən etibarən rayon üzrə ümumilikdə 3885 nəfər vaksinasiyadan keçib. Onlardan 84 nəfəri təkcə bu günün payına düşür. Qeyd edək ki, peyvəndlər ilkin olaraq risk qrupu daha yüksək, yəni 65 yaşdan yuxarı olan yaşlı insanlara tətbiq edilib. Ardınca 50 yaş və yuxarılar prosesə cəlb olunub. Peyvənd iki mərhələdən ibarətdir. Bir dəfə vaksinasiyadan keçənlər 28 gün sonra yenidən, prosesin ikinci mərhələsinə çağırılırlar. Sevindirici haldır ki, sosial təbəqəsindən asılı olmayaraq insanlar peyvənd olunmağa meyillidirlər. İlkin olaraq rayon icra aparatı işçiləri vaksinasiyada yaxından iştirak edib. Vətəndaşlar da könüllü olaraq xəstəxanaya müraciət edərək peyvənd olunurlar.

Qedək ki, vaksinasiyaya yalnızca 50 yaşdan yuxarılar deyil, 50 yaşın altında olan insanlar da cəlb edilir. Ümid edirik ki, bu cür kütləvi mübarizə üsulları ilə ən qısa zamanda bu xəstəlikdən də hamılıqla yaxa qurtaracağıq.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code