Rostov vilayətində möhtəşəm Novruz tədbiri keçirilib.

0
107

Müsəlman dünyasının hər il böyük sevinc və təntənə ilə qeyd etdiyi  qədim tarixi keçmişə malik Novruz bayramı axır ki gəlib çatdı. Bu bayram öz gəlişi ilə təbiətin oyanması, torpağın canlanmasından xəbər verir. Novruz bayramı baharın müjdəçisi kimi qəbul olunur. Odlar Yurdu Azərbaycanımızda bu bayram böyük coşqu ilə qarşılanır. Xalqımız hətta Novruzun gəlişinə bir ay qalmış bu bayramı çox təntənəli şəkildə qeyd edir. Belə ki, hər həftənin çərşənbə axşamı öz adət-ənənələrinə müvafiq olaraq – Su, Od, Torpaq və Yel çərşənbəsi (ilaxır və ya bayram çərşənbəsi) qeyd edilir.

Yalnız bizdə deyil Orta Asiya ölkələri və Rusiyanın bir çox bölgələrində də Novruz bayramı milli bayram kimi qeyd olunur. Bu il Rusiyanın Rostov vilayətində Novruz bayramı ilə əlaqədar möhtəşəm tədbir keçirilib. Xanım Leyla Əhmədovanın təşkilatçılığı ilə keçirilən tədbirdə Novruz adət-ənənələri yüksək şəkildə təbliğ olunub. Leyla xanım çıxış edərək, həm tədbir iştirakçılarını, həm də bütün Azərbaycan xalqını bayram münasibəti ilə təbrik edib və öz xoş arzularını çatdırıb. Tədbirdə tanınmış skripka ifaçısı “Maestro Ceyhun” adı ilə tanınan Ceyhun İsmayılov da iştirak edib və tədbir musiqi sədaları altında davam etdirilib.

 

   Könül Həsənli

   Medonline.az

   21.03.2021

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code