Pensiyaçı qadın bir gündə iki dəfə qəzaya düşdü

0
4

Rusiya Federasiyasının Altay əyalətinin sakini olan qadın bir gün ərzində iki dəfə qəzaya düşüb.

Bu barədə Gazeta.ru məlumat yayıb.

1984-cü il təvəllüdlü VAZ-2115 markalı avtomobilin sürücüsü 1956-cı il təvəllüdlü pensiyaçı qadını vurub.

Hadisə yerinə gələn təcili tibbi yardım maşını qadını xəstəxanaya aparmaq üçün yola çıxıb. Lakin bu dəfə  təcili yardım maşını hadisə yerindən bir qədər uzaqlaşdıqdan sonra sürücünün idarəetməni itirməsi nəticəsində qəzaya uğrayıb.

Qadının vəziyyəti barədə məlumat verilməyib, hazırda onun xəstəxanaya yerləşdirildiyi bildirilir.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code