Paşinyan Rusiyadan alınmış SU-30SM qırıcılarının raketlə təchiz olunmadığını bildirib

0
19

Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin raketsiz SU-30SM qırıcılarını Rusiyadan aldığını etiraf edib.

“RİA Novosti” xəbər verir ki, bu barədə o, Araqatsotn bölgəsinin sakinləri ilə görüşlə bağlı “Facebook”da yayımladığı videoda bildirib.

Paşinyanın bunun məsuliyyətini əvvəlki hökumətin üzərinə atıb:

“Raketləri almaq üçün təyyarə almışdınız. Niyə 26 yaşlı dövlətin döyüş təyyarələri yox idi?”

Rusiyadan alınan SU-30SM qırıcılarının döyüş sursatı ilə təchiz olunmaması barədə daha əvvəl Ermənistan Müdafiə Nazirliyinin hərbi nəzarət xidmətinin keçmiş rəhbəri Movses Hakobyan da bildirmişdi. Onun sözlərinə görə, Rusiya 130 kilometr mənzilli hava raketlərini digər ölkələrə satmır. Ermənistan hakimiyyəti isə bu açıqlamanı təsdiqləməyib.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code