Nyu-Yorkun “Times” meydanında Novruz şənlikləri

0
5

Həmyerlilərimiz ABŞ-da Novruz bayramını qeyd ediblər.

Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, bayram münasibətilə ABŞ-ın Nyu-York şəhərinin “Times” meydanında Azərbaycanın milli rəqsləri nümayiş etdirilib.

Novruz bayramı ərəfəsində Azərbaycanın adət-ənənələrini və milli rəqslərini ABŞ ictimayyətinə, turistərə tanıtmaq məqsədi ilə reallaşan layihə Azərbaycan-Nyu-York Assosiasiyasının sədri Ərcan Yerdərəlinin təşəbbüsü, Bruklin rayonunda fəaliyyət göstərən “Mənim yolum” (“My way”) – Uşaq İnkişaf Mərkəzinin direktoru Alyona Bədəlovanın dəstəyi ilə baş tutub.

Nyu-York-da Azərbaycan mədəniyyətini, incəsənətini, tarixini, milli musiqisini və rəqslərini qoruyub saxlayan, təbliğ edən “Mənim yolum” Uşaq İnkişaf Mərkəzinin şagirdləri hər gün minlərlə turistin ziyarət etdiyi “Times” Meydanında rəqs ediblər.

Onlar milli geyimləri və göz oxşayan rəqsləri ilə iki saat ərzində bir neçə müxtəlif rəqs kompozisiyaları nümayiş etdiriblər. Məktəbli rəqqasların uğurlu performansları meydanı ziyarət edən insanların diqqətini çəkib. Rəqqasları maraqla izləyən ziyarətçilər onları alqışlayıb, foto və videolarını çəkiblər.

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code