Şamil Sabiroğlunun Dövlət Başçısı İlham Əliyevə Müraciəti.

0
302

Şamil Sabiroğlu, medonline.az saytının baş redaktoru, “Tərəqqi” medalının və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalının mükafatçısı, müharibə veteranı

Ölkə əhalisinə qarşı hörmətsizlik kimə və nəyə görə lazımdır?

COVİD 19 pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycan Respublikası ərazisində zəruri tədbirlər görülür. Prezident İlham Əliyevin tapşırığına əsasən peyvənd əməliyyatının aparılması həm insanların sağlamlığı, həm də ölkəmizin təhlükəsizliyi səbəbindən çox vacibdir. Həyata keçirilən tədbirlər nəticəsində şənbə bazar günlərində Bakı şəhərində sərnişin nəqliyyatı işləmir. Sual yaranır:  Martın 20-dək 29-dək ictimai nəqliyyatın işləməməsi  kimə sərfəlidir? Məlumdur ki, dövlət rəsmiləri, həmçinin, imkanlı şəxslərin hər birinin həyətində ən azı 2-3 minik avtomobili var. Bəs, çörək sexlərində, xəstəxanalarda işləyən, günəmuzd iş axtarmaq ümidilə hər gün daxmasından eşiyə çıxan, “Fəhlə bazar”larına üz tutan insanlar neyləsinlər?


Mən, Azərbaycanın Dövlət Başçısı cənab İlham Əliyevə müraciət edirəm: Ətrafınızda sağlam olmayan məmurlar çoxdur. Elələri Sizi əhalinin nəzər-diqqətində gözdən salmağa çalışırlar. Biz Sizin ədalətli insan olduğunuzu bilir, fəaliyyətinizi yüksək qiymətləndiririk. Mən özüm də məmur özbaşınalığı nəticəsində peşəkar jurnalist olaraq hələ də hazır yaşayış sahəsi ilə təmin edilməmişəm.Halbuki, Bakı şəhərində mənim adıma mənzil yoxdur. 2007-ci ildən rəhbərlik etdiyim “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyi hələ də ofislə təmin olunmayıb. Biz, “Paşa Holding”in himayəsi altında və icarə müqaviləsi əsasında Yasamal rayonu, Tbilisi pros.57 ünvanında ofisdə fəaliyyət göstəririk.
Məni daha bir sual düşündürür: Əyləşdikləri ağacın budaqlarını bir-bir qıran məmurlar doğrudanmı ölkədə böyük bir kütlənin maddi sıxıntı içində çabaladığını görmürlər?

Cənab Prezident,

Sizi və ailə üzvlərinizi Azərbaycan xalqının milli bayramı olan Novruz bayramı ilə əlaqədar təbrik edir, ən xoş arzularımı bildirirəm. İmkan tapan kimi məni qəbul etmənizi xahiş edirəm.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code