İldırım ağacı “milyon hissəciyə bölərək” bir anda yox etdi – FOTO

0
6

Amerikalı turist Texasda yağışlı havada möhtəşəm bir görüntü əldə etməyə nail olub.

Kadrlar Pekos şəhərində dağın yamacında çəkilib. Fotoda nəhəng ildırımın meşənin ortasında bir ağacı məhv etməsi görünür.

Bu barədə “Daily Mail” xəbər yayıb.

Fotonun müəllifi Fil Qarsiyadır. O, dostları ilə gəzintidə olarkən təsadüfən bu mənzərənin şahidi olub və kamerasının yaddaşına köçürə bilib.

“Biz cığırla gəzirdik. Bu hadisədən əvvəl eynisi baş vermişdi, buna görə dərhal kameramı çıxardıb hazır vəziyyətdə dayandım”, – deyə Fil bildirib.

 

Fotoqraf eyni zamanda ancaq bir foto çəkmək imkanı tapdığı üçün təəssüfünü bildirib.

“İldırımın səsi çox güclü idi. Biz bir az qoxduq, ona görə də fotonu çəkən kimi cəld oranı tərk etdik. Bu qədər məsafədən belə enerjini hiss edirdik. İldırım ağacı milyon hissəciyə böldü, onun ancaq kökü qaldı. Ağac sadəcə heçə çevrildi”, – deyə 28 yaşlı gənc təəssüratını bölüşüb.

Fil ildırımın ardınca yağan leysan yağışın alovu söndürdüyünü vurğulayıb.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code