44 günlük Vətən Müharibəsi Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında olan fərqi bütün dünyaya aşkar etdi!..

0
45

Heç kəsə sirr deyil ki, “Vətən Müharibəsi” XXI əsrin müharibəsidir! 30 ilə yaxın həsrətdən sonra, Azərbaycan Ordusu və Azərbaycan xalqı müharibədə Zəfər çaldı, düşməni əzəli torpaqlarımızdan qovdu və tarixi ədaləti bərpa etdi. Beləliklə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərək, tarixi bir nəailiyyətə imza atmışdır.

Bu mübarizədə Azərbaycan Ordusu öz şərəfli missiyasını layiqincə yerinə yetirdi. Qalib Ordunun mərd əsgəri ona verilən tapşırıqların peşəkar icrasını təmin edib. Bir faktı yaddan çıxarmaq olmaz ki, Azərbaycan Ordusu heç zaman mülki əhaliyə qarşı müharibə aparmayıb. Bütövlükdə 44 günlük müharibə zamanı mülki erməni əhali arasında itkilər kifayət qədər az idi. Ona görə ki, Azərbaycan Ordusu heç vaxt mülki əhaliyə qarşı müharibə aparmamışdır. Ermənilərdən fərqli olaraq, biz müharibə dövründə ancaq hərbi birləşmələrə qarşı müharibə aparmışıq, onları məğlub etmişik, onları torpaqlarımızdan qovmuşuq. Azərbaycan əsgəri yüksək mənəvi keyfiyyətlərə malik olan əsgərdir və əsgərə, bütün hərbçilərə verilən təlimat yerinə yetirildi. Azərbaycan əsgəri mülki əhali ilə, ümumiyyətlə müharibə aparmayıb. Hadrut qəsəbənin işğaldan azad olunması Vətən Müharibəsində əldə olunan qələbədə böyük rol oynayıb. Hadrut qəsəbəsinin işğaldan azad edilməsi böyük əhəmiyyətə malik olan bir əməliyyat idi. Çünki Cəbrayıl rayonundan, Cəbrayıl şəhərindən sonra Hadrutun azad edilməsi hərbi əməliyyatlarımızın davam etdirilməsi üçün xüsusi əhəmiyyətə malik olan hadisə idi. Hadrut qəsəbəsi oktyabrın 9-da işğaldan azad edildi. Hadrut qəsəbəsinin azad edilməsi çox uğurlu hərbi əməliyyat nəticəsində mümkün olmuşdur. İlk növbədə, ətraf dağlar götürüldü. Hadrutun ətrafında yerləşən yüksəkliklər Azərbaycan Ordusu tərəfindən götürüləndən sonra faktiki olaraq nəzarət Azərbaycan Ordusuna keçdi və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi artıq qaçılmaz idi. Qələbənin təməlində duran uğurlu hərbi strategiya. Füzuli şəhəri oktyabrın 17-də Hadrutdan sonra azad edilmişdir. Ermənistan ordusu bizi digər istiqamətdə gözləyirdi. Ancaq müharibə qaydalarına əməl edərək, strateji planlaşdırmanı düzgün icra edərək biz Cəbrayıldan sonra Hadrutu, ondan sonra Füzulini işğaldan azad etdik. Hadrut əməliyyatı dünyanın hərb elmində xüsusi yer tutacaq. Şuşa əməliyyatının uğurlu keçirilməsi üçün məhz Hadrutu azad etmək önəmli idi. Düşmənin bizi gözləmədiyi istiqamətdən Şuşaya yaxınlaşdıq. Dağlardan, dərələrdən, sıldırım qayalardan keçərək, o qayaları dırmaşaraq Şuşanı işğalçılardan azad etdik.

Ərazilərimizdə işğalçılar tərəfindən törədilmiş əməllərin tək bir adı var – vəhşilik.  Füzuli şəhərindən əsər-əlamət qalmayıb. Şəhər yoxdur, dağıdılıb. Ermənilər dağıdıblar. İşğal dövründə gəlib bizim binalarımızı söküb, binaların daşlarını, damlarını aparıblar, oğru kimi, talançı kimi. Bu gün də Ermənistanı müdafiə edən xarici dairələr gözlərini açıb baxsınlar onların vəhşiliyinə. Otuz il torpaqlarımızı işğal altında saxlayan mənfur düşmən bir daşı-daş üstündə qoymayıb. İşğaldan azad olunmuş ərazilər rəsmi İrəvanın vandalizm siyasətinin sübutudur. Azad edilmiş torpaqlarda olarkən, bu dağıntıları görərkən bir daha görürük ki, mənfur düşmən bizim bütün yaşayış məntəqələrimizi yerlə-yeksan etmişdir, bizim tarixi irsimizi silmək istəmişdir. Dağıntılar əsasən müharibədən sonrakı dövrdə, torpaqlarımız işğal altında olan zaman baş verib. Bütün kəndlər, şəhərlər tamamilə dağıdılıb. Özü də bu dağıntılar müharibədən sonra baş vermişdir. Müharibə dövründə – birinci Qarabağ müharibəsi dövründə bu qədər dağıntılar olmamışdır, ola da bilməzdi. Məhz işğal dövründə mənfur düşmən bizim şəhərlərimizi bu hala salıb. İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələr fasiləsiz icra olunur. 15 mart tarixində Füzuli-Hadrut avtomobil yolunun təməlqoyma mərasimi təşkil olunmuşdur. Bu avtomobil yolunun inşası azad edilmiş ərazilərin bərpası üçün böyük əhəmiyyət daşıyır. Bu, birinci layihə deyil. Artıq bir neçə yol layihəsi icra edilməkdədir. Azad edilmiş torpaqların bərpası başlamışdır. Füzulidən Şuşaya yol çəkilir – Zəfər yolu çəkilir. Eyni zamanda, Bərdə-Ağdam yolunun çəkilişi yaxın gələcəkdə icra ediləcəkdir. Horadizdən Zəngilana qədər yol çəkiləcək. İnşa ediləcək və uzunluğu 13 kilometr olan Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolu 4 hərəkət zolaqlı olacaq. Yolboyunca avtomobil körpüləri inşa ediləcək. Bir sözlə, müharibədən dörd ay keçməsinə baxmayaraq, böyük quruculuq işləri başlamışdır.

Müharibə Azərbaycan və Ermənistan arasında olan fərqi bir daha dünyaya aşkar şəkildə nümayiş etdirib. Bizim bütün şəhərlərimiz dağıdılıb, bütün kəndlərimiz dağıdılıb, tarixi abidələr dağıdılıb, məscidlər dağıdılıb, qəbirlər dağıdılıb, misli görünməmiş vandallıq, barbarlıq törədilib. Biz isə ancaq öz torpaqlarımızı azad etmişik. Bütün binalarımızı dağıdıblar, məscidlərimizi dağıdıblar. Məscidlərdə heyvan saxlayıblar. Bizim müqəddəs abidələrimizi təhqir ediblər. Azərbaycanlıların tikdirdikləri, – ermənilər orada qanunsuz yaşayıblar, – o evləri noyabrın 10-dan dekabrın 1-nə qədər yandırıblar, dağıdıblar, meşələri qırıblar. Su elektrik stansiyalarını dağıdıblar. Bax, budur, bizim aramızda olan fərq. Tarixi faktların saxtalaşdırılması rəsmi İrəvanın dövlət siyasətidir. Hünərli kəndindəki abidə Alban məbədidir. Bu Alban kilsəsi Hünərli kəndində yerləşir. Ermənilər bu kilsəni də erməniləşdirmək istəmişlər və burada erməni dilində yazılar yazmışlar, ancaq buna nail ola bilməmişlər. Azərbaycanda bütün dinlərə və inanclara hörmətlə yanaşılır.  Azərbaycanın müxtəlif yerlərində xristian abidələri qorunur. İşğal olunmuş ərazilərdə dağıdılmış bütün abidələr bərpa olunacaq. Azərbaycan ərazisində bütün dinlərin məbədləri dövlət tərəfindən qorunur, dövlət tərəfindən tikilir və bütün dünya bunu bilir. Azad edilmiş torpaqlarda 67 məscid var idi, cəmi ikisi qalıb, yarıdağılmış. Özü də onlardan müxtəlif məqsədlər üçün istifadə ediblər.

Azıx mağarası böyük əhəmiyyətə malik olan tarixi abidədir. Azıx mağarasını azərbaycanlı alim, arxeoloq Məmmədəli Hüseynov 1960-cı ildə aşkar etmişdir və ondan sonra burada tədqiqatlar aparılmışdır. Bu, dünyanın ən qədim insanının yaşayış yerlərindən biridir, Azərbaycan tarixinə məxsusdur, bizim tarixi sərvətimizdir. Ermənistan bu mağarada qanunsuz olaraq işlər aparmışdır, xaricdən qanunsuz olaraq alimlər gətirmişdir. Onlar bu mağaraya, bizim tarixi irsimizə böyük ziyan vurmuşlar.

  Azərbaycan burada yaşayan bütün xalqların tarixinə, dininə və mədəniyyətinə hörmət edən dövlətdir!..

   Yaşasın cənab Ali Baş Komandan!

 Var olsun Azərbaycan xalqı!

Qarabağ Azərbaycandır!

 Diqqətinizə görə minnətdaram!

                                                                                                           

                                                                                                                                                   Ruhin Malik oğlu Cəfərov   

                                                                                                                                                Azərbaycan Respublikası

                                                                                                                               Şəhid Ailələrinə “Qayğı” Cəmiyyəti

                                                                                                                                      mətbuat şöbəsinin sədr müavini.

                                                                                                               BAKI ŞƏHƏRİ XƏZƏR RAYON SAKİNİ.

 

                                           

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code