ŞOK ARAŞDIRMA: Nar şirəsi körpələri ölüm riskindən belə QORUYURMUŞ

0
8

Nar şirəsi uşaqlıqdaxili inkişaf zamanı dölün beyin zədələnməsindən qorunmasına kömək edir.

Medonline.az xəbər verir ki, bu barədə “Scientific Reports” jurnalında dərc olunan məqalədə deyilir.

Bildirilir ki, yeni doğulmuş körpələrin orqanizmində qida və oksigen çatışmazlığı uşaqlıqdaxili inkişafın gecikəməsi səbəbindən əmələ gələn qüsurların yaratdığı ümumi xəstəlikdir.

Hər doğulan 10 uşaqdan birinə belə diaqnoz qoyulur. Bu da ölüm və nevroloji pozqunluğun inkişaf riskini artırır.

Alimlər bu məqsədlə 99 hamilə qadın üzərinə araşdırma aparıblar. Belə ki, həmin qadınlar nar suyu istehlak etmə səviyyəsinə görə bir neçə qrupa bölünüblər. Məlum olub ki, gündəlik polifenol ilə zəngin olan içkiləri, xüsusilə nar şirəsini qəbul edən anaların dünyaya gətirdikləri körpələrdə beyin zədələnməsi riski olduqca aşağıdır.

Bildirək ki, Polifenollar badam, çiyələk, qırmızı şərəb, nar, və çay kimi bəzi içkilərdə olan antioksidanlardır. Bu maddə qan-beyin baryerinə nüfuz edə bilir və xəstəliklərə qarşı qoruyucu təsir göstərir.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code