07 mart 2020-ci il tarixdə Beyləqan rayon Təbiət və Humanitar təmayüllü fənlər liseyin 3-cü sinif şagirdləri Vətən müharibəsində qəhrəmancasına həlak olan şəhidlərimi ziziyarət etmək üçün Cərciz Peyğəmbər ziyarətgahında olmuşlar. Tədbir Beyləqan rayon Təbiət və Humanitar təmaüllü fənlər liseyi və Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Beyləqan rayon şöbəsinin birgə təşkilatçılığı ilə keçirilmişdir. Şəhidlərimizi ziyarət edən məktəblilərlə, eyni zamanda Beyləqanın şar və yazıçıları da iştirak etmişlər.Əvvəlcə Şəhidlərimizin xatirəsinə dualar oxundu.
Beyləqab rayon Təbiət və Humanitar təmaüllü fənlər liseyin 3-cü sinif şagirdləri və sinif rəhbəri Sevdayə Əliyeva , iştirakçılar Birinci Qarabağ müharibəsi şəhidlərinin abidə kompleksi önünə gül, çiçək düzdülər, şəhdlərə həsr olunmuş şerlər söylədilər. Sonra İkinci Qarabağ-Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edildi.
Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Beyləqan rayon şöbəsinin sədri Sabit Mehdiyev, şairlərdən Elman İsrafiloğlu, Etibar Süleymanlı, Tahir Hüseyn qəhrəman şəhidlərimiz haqqında şagirdlərə məlumat vermiş,bütün şəhidlərimizə Allahdan rəhmət diləmişlər.
Şagirdlər burda da qəhrəman şəhidlərimizin məzarları önünə gül-cicək düzdülər, şəhidlərimizin məzarları önündə şeirlər söylədilər. İbtidai sinflərə Şəhidlərimizin keçdiyi şərəfli döyüş yolu barədə snif rəhbəri Sevdayə Əliyeva məlumat verdi. Sevdayə Əliyeva eyni zamanda bildirdi ki, Təbiət və Humanitar təmaüllü fənlər liseyin direktoru Mehman Kərimov, liseyin dərs-hissə müdiri Aybəniz Mehdiyeva şəhidlərimizin xatirəsinin yad edilməsi ilə bağlı liseydə müxtəlif tədbirlərin keçirilməsinə şərait yaradır. Bu gün isə biz şagirdlərimizlə şəhidlərimizi ziyarət etmək üçün buraya toplaşmışıq.
Sonra şagirdlər Nəməlum Əsgər abidəsi önünə də gül-çiçək düzmüşlər. Məktəblilər abidə önündə xatirə şəkilləri çəkdirdilər.
Qeyd etmək istərdim ki, bu tədbir şagirdlərdən İbadov Əyyub Əli oğlu,Tağıyev Zamiq Bəxtiyar oğlu,Bağırlı Mirasif Amil oğlu, Quliyeva Gülnisə Rasim qızı,Cəfərli Filiz Marif qızı, Qədirli Emil Gündüz oğlu,Əsədov Əli Etibar oğlu,Niyazov Kənan Cəbrayıl oğlu, Qasımov Əkbər Nizami oğlu, Quliyeva Elmira Cəfər qızı,Qasımov Hüseyn Nizami oğlu, Niyazov NeymanCəbrayıl oğlu,Tağıyeva Xanım Bəxtiyar qızı,Mehdizadə Vaqif Sabit oğlunun yaddaşlarında uzun müddət silinməz is salacaq.Zaman keçəcək bu uşaqlar böyüyəcək. Bu günkü gün barədə həmişə qürur hissi ilə danışacaqlar.Belə tədbirlər məktəblilərin vətənpərvərlik ruhunu güclənməsində xüsusi əhəmiyyət daşıyır. Vətən uğurunda şəhid olmuş igidlərimizin döyüş yolu hər birimiz üçün örnəkdir.
Sonra məktəblilər və tədbir iştirakçıları Beyləqan rayonu Əlinəzərli kəndində Vətən müharibəsində qəhrəmanlıqla şəhid olan, Dəmirov Siyahim Əlizamin oğlunun və Mehtili Eşqin Tərlan oğlunun ailəsi ilə görüşmüşlər. Şəhidlərin valideynləri ilə görüşən şagirdlər onlara öz hədiyələrini təqdim ediblər. Bağırlı Mirasif Amil oğlu öz hədiyələrini ayrıca olaraq təqdim erib. Daha sonra şagirdlər Şəhid valideynləri ilə şəkil çəkdiriblər.
Elman İsrafiloğlu,
AYB,AJB-nin üzvü, “Quruluş” qəzetinin baş redaktoru və təsisçisi,hergun.az saytının rəhbəri.