Abşeronda DƏHŞƏT: Quşlar kütləvi şəkildə tələf olurlar

0
26

Abşeronda quşlar kütləvi şəkildə ölür.

Bu barədə Medonline.az-a Nizami rayon sakini, fərdi sahibkarlıqla məşğul olan Həsənov Loğman Filman oğlu məlumat verib.

Onun sözlərinə görə, fərdi sahibkar qismində Abşeron rayonu Bərkdərə adlanan ərazidə quşçuluq sahəsi üzrə fəaliyyətə başlayıb:

“Təsərrüfatımız ümumi dəyəri 11,6 manat təşkil edən 310 000 min ədəd toyuqla fəaliyyət göstərib. Hətta mövcud karantin vəziyyətində belə var gücümüzlə işləmişik ki, ölkədə quş əti və yumurta qıtlığı yaranmasın, habelə işçilər işsiz qalmasınlar. Sahibkar olaraq üzərimə düşən bütün öhdəlikləri layiqincə yerinə yetirmişəm.Təsərrüfatımda rəsmən 62 nəfər əmək qanunvericiliyi tələbləri əsasında fəaliyyət göstərir.

Lakin təəssüf olsun ki, 20.02.2021-ci il tarixindən etibarən yetişdirdiyimiz cins quşlar müəyyən olunmayan virus-bakteriya səbəbindən kütləvi şəkildə tələf olmağa başladılar. Qısa müddət ərzində 247 000 ədəd cins toyuq tələf oldu. Uzun illər və gərgin əməklə ərsəyə gətirilən təsərrüfat qısa müddət ərzində tənəzzülə uğradı”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code