Buraxılış imtahanlarının vaxtı açıqlandı – CƏDVƏL

0
7

2021-ci ilin aprel ayında keçirilməsi nəzərdə tutulan imtahanların qrafiki müəyyən olunub.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, müvafiq qurumlar tərəfindən sanitar-epidemioloji vəziyyətin kütləvi imtahanların keçirilməsi üçün əlverişli hesab olunacağı təqdirdə Dövlət İmtahan Mərkəzi tərəfindən aprel ayı ərzində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının keçirilməsi nəzərdə tutulur.

İmtahan tarixləri və onların şəhər-rayonlar üzrə bölgüsü aşağıdakı cədvəldə verilib.

 

Qeyd edək ki, bütün imtahanlar yenə də Nazirlər Kabineti yanında operativ qərargahın virusla bağlı tövsiyələri nəzərə alınmaqla sosial məsafənin qorunması, eyni binada imtahan verənlərin sayına məhdudiyyətin qoyulması və Qərargahın müəyyən elədiyi digər şərtlərin yerinə yetirilməsi ilə təşkil olunacaq.

Kütləviliyin və təmas hallarının qarşısını almaq məqsədilə ötən il olduğu kimi, bu il də imtahanlar ölkə üzrə müxtəlif şəhər və rayonlara bölünməklə üç həftə ərzində (hər həftədə 2 gün) keçiriləcək.

Buraxılış imtahanlarından əlavə, aprel ayının 2-də GRE, 3-də notariat fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün test imtahanı, 11-də isə inzibati icraçı vəzifələr (B növ) üzrə dövlət qulluğuna qəbul imtahanı keçiriləcək.

Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu və əvvəlki illərin məzunları üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanının I mərhələsinin vaxtı barədə mart ayının sonlarında məlumat veriləcək.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code