Məşhur alimdən koronavirusla bağlı QORXUNC PROQNOZ: Payızda yenidən…

0
10

Avropada koronavirusun üçüncü dalğası tezliklə başlaya bilər. Əgər kifayət qədər insan vaksinasiya olmazsa, məhdudiyyətlər payızda geri dönə bilər.

Medonline.az xəbər verir ki, bu sözləri Robert Kox İnstitutunun rəhbəri, professor Lotar Viler BMT-nin Cenevrə ofisində keçirilən Xarici Müxbirlər Birliyinin mətbuat konfransında söyləyib.

“Başqa ölkələrə münasibət bildirmək istəmirəm, rəqəmləri hamımız görə bilərik. Almaniyaya gəlincə, bizdə artıq üçüncü dalğa başlamaq üzrədir. Açıq siqnallarımız var. Təması azaltmaq və maska daxil olmaqla sağlamlıq tədbirləri qüvvədə qalır”, – ekspert bildirib.

Vilerin sözlərinə görə, ölkələr bu qaydalara maksimum əməl etməlidir ki, minlərlə insanın həyatını xilas edə bilsinlər. Əsas məsuliyyət əhalinin üzərinə düşür. Alim qeyd edib ki, bütün əhalini qısa müddətdə peyvəndləmək lazımdır.

Robert Kox İnstitutunun rəhbəri peyvəndin xüsusən Almaniyada xəstəliyin ağır hallarını azaltdığını, yaşlı insanlara təsir göstərdiyini əlavə edib.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code