Prezidentdən QƏTİ MÖVQE: Laçın dəhlizinin nəzarəti bizə keçən kimi… – KRİTİK DETALLAR AÇILDI

0
6

Xocalı aeroportunun açılması istiqamətində bütün səy və cəhdləri boşa çıxan Ermənistan indi də bunun Qarabağdakı Rusiya sülhməramlı kontingenti və onların yüklərinin daşınması bəhanəsi ilə açılmasını irəli sürmək istəyir.

“İkinci Döyüş” layihəsində Qarabağ və ətraf ərazilərində infrastruktur, şəhərsalma, iqtisadiyyat, idman, mədəniyyət, media, sosial-məişət, demoqrafik vəziyyət, turizm, təhsil, kənd təsərrüfatı, məşğulluq və əhalinin psixoloji adaptasiyası daxil olmaqla, bir çox istiqamətdə görülə biləcək işlər barədə ekspert, mütəxəssis rəylərini işıqlandıracaq və məsələlərlə bağlı müvafiq dövlət qurumlarının fəaliyyəti oxuculara təqdim ediləcək.

Medonline.az “İkinci Döyüş” layihəsi çərçivəsində Xocalı aeroportunun istifadəyə verilməsi şərtlərini araşdırıb.

Xocalı İcra Hakimiyyətinin sabiq başçısı, millət vəkili Elman Məmmədov bildirib ki, ermənilər 27 sentyabr 2020-ci il tarixinə qədər iddia qaldıra, şərt qoya, tələb irəli sürə bilirdilər. 44 günlük müharibədən sonra isə bütün şərtlər, tələblər və iddialar Azərbaycana aiddir: “Xocalı Azərbaycan ərazisidir, aeroport da Xocalı ərazisində yerləşir. Deməli, Azərbaycan ərazisində baş verəcək bütün hadisələr, nə tikiləcəyi, nə söküləcəyi, nə açılacağı, nə bağlanacağına birbaşa Azərbaycan dövləti, Prezident İlham Əliyev qərar verir. Qeyri dövlət bizə şərt qoya bilməz. Ermənilər çox şey istəyirdi, amma nəyə nail oldular? Darmadağın oldular”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycana aid olan nə varsa, onun taleyi dövlət və hökumətimizin qərarlarına uyğun müəyyən edilir: “Bunu nə Ermənistan, nə Rusiya, nə də Amerika müəyyən edir. Bizim olanın ixtiyarı bizdədir. Necə ki, bu gün ölkəmizdə mövcud olan hava limanlarından istifadə edirik, eləcə də Xocalı aeroportu bizə lazım olanda hansı istiqamət üzrə fəaliyyət göstərəcəyini biz müəyyənləşdirəcəyik. Onu təkcə biz istismar edəcəyik. Tərbiyəsiz, əxlaqsız toplum olan ermənilər çox şeyə iddia edirdilər. Lakin onların istəyinə uyğun heç bir şey həll olunmadı. Biz bütün ərazilərimizdə külli-ixtiyar sahibiyik”.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli qeyd edib ki, Xocalı aeroportunun istifadəyə verilməsi Azərbaycanın siyasi iradəsindən asılıdır: “Beynəlxalq Mülki Aviasiya Təşkilatı bu aeroport üçün heç bir kod verməyib. Yalnız Azərbaycan tələb etdikdə bu kod təqdim edilə bilər. Azərbaycan isə bu aeroportun açılması barədə prinsipial razılaşma əldə etməyib. Güman edirəm ki, Rusiya aeroportu yalnız Qarabağdakı rus sülhməramlılarının müəyyən hərbi yüklərinin daşınmasını eyham etmək üçün açmaq istəyir. Azərbaycan isə hələ ki, bunu qəbul etmir”.

Siyasi şərhçi bildirib ki, aeroportun işə düşməsi yalnız Laçın dəhlizinin taleyinin həll olunması ilə paralel zamanda baş verə bilər: “Yəni Laçın dəhlizi Azərbaycanın suverenliyi altına keçərsə və orada Azərbaycan Sərhəd və Gömrük Xidmətlərinin məntəqələri yaradılarsa, bundan sonra Xocalı aeroportunun istifadəsi məsələsini müzakirə etmək olar”.

Politoloq Tofiq Abbasov aeroportun yerləşdiyi Xocalı ərazisində hələ ki, ermənilərin məskunlaşdığını xatırladıb və vurğulayıb ki, Azərbaycan tərəfi aeroportun ermənilər tərəfindən istifadəsinə qadağa qoyub: “Rəsmi Bakı məsələni diqqət mərkəzində saxlayır və bildirilir ki, Azərbaycanın icazəsi olmadan Xocalı aeroportu fəaliyyətə başlaya bilməz. Ermənilər bununla bağlı ciddi cəhdlər və səylər göstərdilər ki, bu məsələni öz xeyirlərinə həll etsinlər. Lakin hətta rəsmi Moskva da öz mövqeyini ortaya qoydu ki, Azərbaycan deyən doğrudur. Çünki aeroport Azərbaycan ərazisində yerləşir və ölkənin alternativ yanaşması var.

Qarabağ bölgəsində Füzuli aeroportunun təməli qoyulub və mütləq şəkildə tikiləcək. Bundan başqa, Zəngilan və Laçın hava limanları da istifadəyə veriləcək ki, bu da Azərbaycanın daxili və xarici tələbatını ödəyəcək. Həmin hava limanlarının planlaşdırılma və layihələşdirilmə tərzi onların beynəlxalq statusa malik olmasına imkan verir. Biz Qarabağın reinteqrasiya məsələsini gündəmdə saxlayırıq və orada quruculuq-bərpa işləri gedir. Digər tərəfdən Azərbaycanın dünya ilə əlaqələri önündə yeni-yeni imkanlar açılır. Bütün bunlar Prezident İlham Əliyevin irəli sürdüyü kommunikasiyaların blokadadan çıxarılması proqramının ayrı-ayrı bəndləridir. Bunlar, ilk növbədə, Azərbaycan xalqının ehtiyaclarını ödəyəcək”.

T.Abbasov ən yaxın zamanda Qarabağ bölgəsində yeni işgüzar şərait və canlanmanın müjdəsini verib: “Buna istiqamətlənmiş səylər və tədbirlər həyata keçirilir. Təbii ki, hava limanları da bizim ehtiyaclarımıza uyğun fəaliyyət göstərəcək. O ki qaldı Xocalı aeroportunun taleyinə, bu da Azərbaycanın icazəsi olmadan fəaliyyətə başlamayacaq. Necə ki bu vaxta qədər aeroportdan uçuşlara qadağa qoymuşduq, bildirmişdik ki, istənilən təyyarəni vuracağıq, bundan sonra da eyni prinsip işləyəcək. Ermənilər bu hədədən qorxaraq heç bir uçuş vasitəsini göyə qaldırmadılar. Bütün bu proseslərə Azərbaycanın yanaşması ədalətli, prinsipial və sağlamdır. Əgər bölgədəki ermənilər Azərbaycan dövləti və qanunvericiliyinə tabe olsalar, bizə dönük çıxmasalar, əlbəttə ki, onlar da bu inkişafdan yararlanacaqlar”.

Xocalı aeroportunun tarixi

Bölgənin yeganə aeroportu olan Xocalı Hava Limanı (1991-ci ilə qədər Xankəndi aeroportu adlandırılıb) Azərbaycanın Xocalı rayonunda, Xankəndi şəhərindən 10 kilometrlik məsafədə, Xankəndi-Xocalı-Əsgəran quru yolunun üzərində yerləşir. İlk dəfə 1974-cü ildə istifadəyə verilib. Dağlıq Qarabağ münaqişəsinə qədər mülki və hərbi tipli hava limanı İrəvan–Xankəndi reyslərini həyata keçirib. Bakı və İrəvandan mülki əhalinin Qarabağa hava yolu ilə uçuşlarını təmin edən aeroportun fəaliyyəti 1991-ci ildə Qarabağda müharibənin intensivləşməsi nəticəsində dayandırılıb.

Tarixində yeganə qəza

1990-cı il avqustun 1-də İrəvan-Xankəndi reysi üzrə uçan “Yak-40” təyyarəsi qəzaya uğrayıb. Hadisə nəticəsində 39 sərnişin və 4 ekipaj üzvü həlak olub. Təyyarənin qalıqları və cəsədlər Laçın rayonunun Fərraş kəndi yaxınlığında tapılıb. SSRİ Dövlət Komissiyasının rəsmi versiyasına görə, pilot məhdud görünmə şəraitində təyyarəni düzgün istiqamətləndirə bilməyib. Həmin dövrdə yalnız ermənilərin çalışdığı aeroport heyəti də paralel araşdırma apararaq təyyarənin artıq yükgötürmə (“Yak-40” təyyarələrinin sərnişin tutumu 20-25 nəfərdir) səbəbilə qəzaya uğradığını bildirib.

Xocalının işğalı zamanı

Xocalı soyqırımı və işğalının əsas “başkəsən”lərindən biri olan Zori Balayan aeroportu Qarabağdakı 3 strateji məntəqədən biri adlandırıb.

1990-cı ilin mayında Əsgəran rayon daxili işlər şöbəsinin tabeliyində Xocalı milis bölməsi yaradılır və Sabir Məmmədov həmin bölməyə rəis təyin edilir. Əvvəlcə cəmi bir sahə müvəkkili olan Xocalı bölməsi tez bir zamanda yerli sakinlərdən ibarət 58 nəfərlik heyəti işə qəbul edir.

Sonradan Xocalı aeroportunda xətt milis bölməsi də yaradılır. Xətt milis bölməsinə rəis mayor Nəsib Mustafayev təyin edilir. Təxminən bir ildən sonra onun yerinə Əlif Hacıyev təyin edilir. Əlif Hacıyevin gəlişindən sonra aeroport daxilində milislərin sayı artırılaraq, şəxsi heyət 21 nəfərə çatdırılır. Ardınca aeroportda pasport rejimi sərtləşdirilir. Nəticədə Ermənistandan gələn ermənilər Qarabağın dağlıq hissəsinə buraxılmadan növbəti reyslə yenidən geriyə – Ermənistana yola salınır.

Aeroportun komendantı vəzifəsini də icra edən Əlif Hacıyevin və Xocalı şəhər milis bölməsinin müdaxilələri nəticəsində Xocalı aeroportundan Ermənistana uçan təyyarə reysləri həftədə 1-2 reysə qədər azaldılır. Bununla yanaşı, iki reysdən ibarət olan Xocalı-Bakı xətti açılır. Beləliklə, Əlif Hacıyevin fəaliyyəti nəticəsində Xocalı aeroportu təmamilə ermənilərin nəzarətindən çıxarılır.

Əlif Hacıyevin aeroporta rəis təyin olunmasından sonra hava limanının qorunmasında sona qədər mübarizə aparmış keçmiş döyüşçü Nazim Hüseynov o zaman silah çatışmazlığından əziyyət çəkdiklərini deyir.

1991-ci ilin sonunda Aqil Quliyevin başçılığı altında 21 nəfərlik dəstə də Xocalıya köməyə gələrək, Əlif Hacıyevlə birgə aeroportun qorunmasında iştirak edib.

Nazim Hüseynovun dediklərindən: “Ratsiya vasitəsilə məxfi məlumat daxil oldu ki, Ermənistandan 5-ci reyslə silah gətiriləcək. Həmin gün Xocalı şəhər milis bölməsinin rəisi Sabir Məmmədov da aeroporta gəldi. Beşinci reysdə bütün sərnişinlər yoxlanıldıqdan sonra gözlənilirdi ki, təyyarədən silah çıxarılacaq. Sonda təyyarədən axırıncı düşən isə Zori Balayan oldu. Bu şəxsin özü həmin dövr üçün çox büyük bir silah idi”.

Ermənilər o zaman etiraf edirdilər ki, həmin dövrdə Xocalıda aeroport yeganə yer idi ki, oranın kəşfiyyatını apara bilmirdilər. Onlar düşünürmüşlər ki, Xocalı aeroportunda böyük silah anbarı yerləşir. Aeroporta girməyin mümkünsüzlüyünü, orada çoxlu silah və texnikanın olduğunu zənn edirmişlər. Lakin 12 xüsusi təlimli azərbaycanlı tərəfindən müdafilə olunan aeroport ermənilərin əlinə keçir və onun işğalı bölgədə yeni fəlakətlərə yol açır.

1992-ci ildə aeroportun rəhbəri Əlif Hacıyevin özü ilə birlikdə obyekti partlatmasından və Xocalının işğalından sonra hava limanı dağılıb və fəaliyyətini dayandırıb.

Bərpası

2009-cu ildə Dağlıq Qarabağdakı qondarma separatçı rejim burada perspektivdə İrəvandan və geriyə uçuşlar təmin etmək məqsədilə əsaslı təmir işlərinin başlanmasını elan edib. 2010-ci ilin noyabrına kimi nəzərdə tutulan təmir işləri yalnız 2011-ci ilin aprelində bitib. Deyilənə görə, hava limanı hər 1 saata 200 sərnişinə kimi qəbul etmək potensialına malikdir və hava-naviqasiya avandanlığı ilə təmin olunub. Bütün bunlara baxmayaraq, hava limanının rəsmi açılışı bir neçə dəfə təxirə salınıb. 2012-ci ilin may ayında separatçı rejimin mülki aviasiya idarəsinin rəhbəri Tiqran Qabrielyan hava limanının həmin ilin ortalarında fəaliyyətə başlayacağını açıqlayıb.

Azərbaycanda Xocalı aeroportu ilə bağlı bəyanat verilib - Modern.Az  Azərbaycan və dünya xəbərləri

Obyekt “Stepanakert hava limanı” adı ilə rəsmi şəkildə yalnız 1 oktyabr 2012-ci il tarixində açılsa da, bu günə qədər bir reys belə həyata keçirilməyib.

Qarabağda hələ də mövcudluğunu davam etdirən separatçı rejim tərəfindən idarə olunan hava limanı əsaslı təmir olunaraq “beynəlxalq hava limanı” kateqoriyasında istifadəyə verilməyə hazır olsa da, Azərbaycanın qəti mövqeyi buna imkan vermir. Bu səbəbdən hava limanı Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) və Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən verilən xüsusi kodlara malik deyil.

2012-ci il açılışına etiraz

Qondarma sejim rəhbərliyi hava limanının fəaliyyətə başlamamasını Azərbaycanın reaksiyası ilə əlaqələndirməsə də, rəsmi Bakının bu barədə kəskin etirazı məsələyə dünyanın diqqətini cəlb edib. 9 may 2011-ci ildə Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin sədri Arif Məmmədov bildirmişdi ki, aviasiya qaydalarına əsasən, hər dövlət öz hava sahəsində aşkarlanan icazəsiz uçuşların mövcudluğunda həmin uçuşların qarşısının alınması üçün təyyarənin məhv edilməsinə qədər tədbir görmək hüququndadır. Ermənistan prezidenti Serj Sarkisyan isə buna cavabında demişdi ki, İrəvandan Xankəndiyə uçan ilk təyyarənin sərnişini o özü olacaq. Lakin bu, heç vaxt baş tutmadı.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code