Medonline.az saytınn Redaksiya Şurasının üzvləri və əməkdaşları ilə birlikdə 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir təşkil edildi.

0
77

Saytın baş redaktoru, müharibə veteranı Şamil Sabir oğlu yığıncağı açdı. Hər kəsi salamladı və xanımlara öz ürək sözlərini, təbriklərini çatdırdı. Redaksiya Şurasının sədri, Azərbaycan Tibb Universiteti nəzdində Elmi-Tədqiqat Mərkəzinin əməkdaşı,  Respublikanın Əməkdar həkimi, ehtiyatda olan tibb xidməti baş leytenantı, müharibə veteranı, dosent Taryel Eyvazov da öz xüsusi təbriklərini bildirdi. O, Şuranın xanım üzlərinə və əməkdaşlarına gələcək işlərində müvəffəqiyyətlər arzuladı. Şuranın digər üzvləri – Azərbaycan Tibb Universiteti Rektorunun müşaviri, Tibb elmləri doktoru, Professor Mübariz Allahverdiyev, həkim-şair və publisist Zakir Ağdamlı(Zakir Hüseyn oğlu Əliyev), ehtiyatda olan tibb xidməti baş leytenantı, psixoterapevt Nazim Xudiyev, , Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri Ədalət Məhərrəmov və başqaları da deyilən bütün təbriklərə qoşulduqlarını və xanımlarımızı səmimi qəlbdən təbrik etdiklərini bildirdilər.

Yığıncaqda Redaksiya Şurasının xanım üzvlərinə və əməkdaşlarına hədiyyələr təqdim olundu və söhbət çay süfrəsi ətrafında davam etdirildi.

Könül Həsənli

Medonline.az

11.03.2021

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code