Milli Məclis sədrinin müavini şəhid ailələrini təbrik edib

0
123

8 mart-Beynəlxalq Qadınlar günü ilə əlaqədar  Bakıdakı “Zərifə” şadlıq sarayında tədbir keçirildi.  Azərbaycan Respublikası Milli Məclis sədrinin müavini Adil Əliyev şəhid ailələri və Qarabağ qazilərinin yaxın qohumları olan xanımlarla görüşdü. Adil müəllim zala toplaşan xanımları təbrik edərək ən xoş arzularını bildirdi.  A.Əliyev dedi:

 

 

– 2020-ci il il sentyabr ayının 27-də başlanan və 44 gün davam edən II Vətən savaşında Azərbaycan xalqı və dövlətimiz birlikdə Silahlı Qüvvələrimizin şəxsi heyətinə dəstək oldular. Biz, düşmənə sarsıdıcı zərbə vuraraq kaputilyasiya aktını imzalamağa məcbur etdik. Düşmən üzərində tarixi qələbənin qazanılmasında zabit, gizir və əsgərlərimizin, həmçinin, qismən səfərbərlik yolu ilə hərbi xidmətə çağırılanların böyük zəhmətləri var. Bu günkü tədbirə toplaşan xanımların çoxu həmin ailələri təmsil edir. Biz, Sizin qarşınızda baş əyirik!

 

Adil müəllim tədbirdə iştirak edən hər bir xanıma xüsusi hədiyyələr təqdim etdi. 

Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri, fəal ictimai xadim Müşfiq Əliyev çıxış edərək Azərbaycan Respublikası Milli Məclis sədrinin müavini, Respublika Kik-boksinq Federasiyasının fəxri sədri Adil Abış oğlu Əliyevin Vətən qarşısındakı xidmətlərindən danışdı. Müşfiq müəllim, həmçinin tədbirdə iştirak edən ana-bacıları 8 mart-Beynəlxalq Qadınlar günü ilə əlaqədar təbrik etdi. Müşfiq Əliyev, rəhbərlik etdiyi Cəmiyyətin İdarə Heyəti tərəfindən Adil Əliyevin Vətən qarşısındakı xidmətlərinin nəzərə alındığını, onun Dünya şöhrətli siyasətçi Heydər Əliyevin xatirəsınə həsr olunan Xüsusi Diplomla təltif olunduğunu bəyan etdi və həmin mükafatı dəyərli Adil müəllimə təqdim etdi.

Daha sonra söhbət çay süfrəsi arxasında davam etdirildi.

                                                       

                                                   Şamil Sabiroğlu,

                                                   Familə Mirzəyeva,

                                                       Medonline.az.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code