Mart ayının 9-da Medonline.az saytının Redaksiya Şurasının növbəti iclası keçirildi.

0
17

Redaksiya Şurasının sədri, Azərbaycan Tibb Universiteti nəzdində Elmi-Tədqiqat Mərkəzinin əməkdaşı,  Respublikanın Əməkdar həkimi, ehtiyatda olan tibb xidməti baş leytenantı, müharibə veteranı, dosent,  ixtisasca terapevt Taryel Eyvazov iclası açıq elan etdi. Taryel müəllim Şura üzvlərini salamladı və müzakirə olunacaq məsələləri qeyd etdi.  Müharibə iştirakçılarına və qazilərimizə əlillik dərəcələrinin təyinatı, ölkə üzrə bir milyondan çox əlilin qanunsuz olaraq, lazım gəldi-gəlmədi xəstəxanalarda “mütləq yatırtma prosesinə görə ” stasionar xidmətdə olan xəstəyə sərf olunan səhiyyə xərclərinə görə, hər il büdcəyə vurulan yüz milyonlarla manat ziyanın qarşısının alınması, Qarabağ əlillərinə təmənnasız avtomobillərin verilməməsində məqsəd nədir? Gündəmdə olan bu və ya digər məsələlər müzakirə olundu. medonline.az saytının baş redaktoru, müharibə veteranı Şamil Sabir oğlu öz fikirlərini bildirdi.  Bütün bu məsələlərin video çəkiliş formasında hazırlanmasının daha məqsədə uyğun olduğunu qeyd etdi. İclasda gündəmdə olan məsələlərlə bağlı Azərbaycan Respublikasının Əməkdar həkimi, ixtisasca ginekoloq Elmira Əliyeva, həkim-şair və publisist Zakir Ağdamlı, Azərbaycanın Milli Qəhrəmanı Asif(Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri Ədalət Məhərrəmov və başqaları fikir və təkliflərini bildirdilər.

Gündəmdəki məsələlərlə bağlı müraciət məktublarının hazırlanması və müvafiq orqanlara göndərilməsi və bu məsələləri daha intensiv həll etmək üçün video çəkilişlərə və qazilərlə müsahibələrə başlanılması qərara alındı.

Könül Həsənli
Medonline.az
1o.03.2021

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code