FTX-dən xüsusi əməliyyat – Azərbaycanlı milyonçu HƏBS OLUNDU

0
7

Rusiya Federal Tətlükəsizlik Xidmətinin (FTX) İqtisadi Təhlükəsizlik Xidməti “K” şöbəsinin əməkdaşları Sankt-Peterburqda “TD Intertorq” (Spar və “Narodnaya Semya” şəbəkələri) şirkətinin keçmiş ortağı Allahverdi Abdulaevi və daha iki top meneceri: vəkil və maliyyə direktorunu saxlayıblar. Onlar Rusiya Əmanət Bankının (“Sberbank”) 8 milyard rubl pulunu oğurlamaqda şübhəli bilinirlər.

Bu barədə RBK-ya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq Baş İdarəsindəki mənbədən məlumat verilib. Məlumatı istintaqla tanış olan bir mənbə də təsdiqləyib.

RBK-nın həmsöhbətləri, xaricdəki borc vəsaitlərinin çıxarılması üçün şirkətə xidmət göstərən bir nəfərin də tutulduğunu bildiriblər.

“Sankt-Peterburqda saxlanılma ərəfəsində əməkdaşların mənzillərində 30 – dan çox axtarış aparılıb”, – deyə RBK-ya məlumat verən mənbə bildirib. Onun sözlərinə görə, istintaq tədbirləri ötən ilin dekabrında Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin İstintaq idarəsində Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsinə (xüsusilə böyük miqyasda fırıldaqçılıq) əsasən başlanmış cinayət işi çərçivəsində aparılıb. Mənbə onu da əlavə edib ki, istintaq FTX əməliyyatçıları tərəfindən həyata keçirilən bir sıra əməliyyat-axtarış tədbirlərindən sonra başlayıb.

Polisdəki mənbə bildirib ki, istintaqın versiyasına görə, “TD Intertorq” MMC-nin nümayəndələri ”Sberbank”ın Şimal-Qərb Bankından 8 milyard rubl oğurlayıblar.

“İntertorq” əvvəllər “SPAR”və “Narodnaya Semya” şəbəkələrini idarə edib.

Hazırda şirkət ləğv mərhələsindədir. Mülkiyyətçilərin strukturunda “İnterqrup” MMC şirkəti göstərilib. Bu şirkətin, nizamnamə kapitalında yüzdə 99 faiz payı olan ortaq sahibi Monakoda qeydiyyatdan keçmiş “Societe Civil Particleers Solutions” adlı xüsusi bir vətəndaş cəmiyyətidir, nizamnamə kapitalının yüzdə 1-i isə Müşviq Abdullaevə məxsusdur. Onun qardaşı Allahverdi 2007-ci ildə “TD Intertorq”un nizamnamə kapitalının 30% -nə sahib idi.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code