Dietoloq xəbərdarlıq etdi: “Meyvələrdən qeyri-düzgün istifadə…”

0
10

erapevt-dietoloq Rimma Moysenko meyvələrdən qeyri-düzgün istifadənin təhlükələri barədə xəbərdarlıq edib.

Medonline.az-ın məlumatna görə, o qeyd edib ki, qeyri-münasib zamanda yeyilən meyvə orqanizmə zərər verə bilər.

Dietoloq bildirib ki, bədənin lipid və karbohidrat mübadiləsini pozduğu üçün heç bir halda adi yeməyi meyvə ilə əvəz etməməlisiniz. Axşam saatlarında bu, sağlamlıq üçün xüsusilə təhlükəlidir, çünki sutkanın bu vaxtında aclığı meyvələrlə “öldürmək” bədənin kilo almasına səbəb olan hormonal pozuntulara gətirib çıxara bilər.

“Meyvə beyin qabığına dərhal təsir edir və enerji mübadiləsini tənzimləyən leptin hormonunu hiss etməyi dayandırır. Meyvə leptin müqavimətinə səbəb ola bilər, bu zaman beyin nə qədər enerjiyə malik olduğunu anlamır. Beyin enerjini qənaət etməyə və tədarük etməyə başlayır. Bu isə qorxulu fəsadlar törədə bilər”, – deyə Moysenko bildirib.

Dietoloq meyvələrin səhər yeməyindən sonrakı ilk saatlarda digər qidalarla birləşdirilərək qida rasionuna daxil edilməsini tövsiyə edib.

O, meyvənin tərəvəzlərlə birləşdirildikdə dəyərli və qidalandırıcı ərzağa çevrildiyini vurğulayıb.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code