Ruhun şad olsun, qısa ömrünə böyük qəhrəmanlıqlar sığdıran şəhidimiz Haqverdiyev Davud Məşdi oğlu!

0
186

Tarix boyu neçə-neçə müsibət görmüş, daima öz torpaqları ilə sınanmış Azərbaycanın bütövlüyü və azadlığı uğrunda  aparılan mübarizədə sinəsini düşmən gülləsinə sipər etmiş igid oğullardan biridir haqqında danışacağımız şəhid Davud Məşdi oğlu Haqverdiyev.

Davud Haqverdiyev  1951-ci il yanvarın 4-də   Xocalıda anadan olub.  Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə  yollanan  və zabit rütbəsi ilə hərbi xidmətdən geri qayıdan Davud Haqverdiyev  xeyli vaxt DQMV-nin mərkəzi şəhəri hesab olunan Xankəndidə  polis kimi isləyib. O,  kicik yaşlarından  erməni faşistlərinin zülmünü dadmışdı. Axı, müsibətlər görmüş, ağıla gəlməz, insanlıqdan uzaq işgəncələrə,  soyqırıma  şahidlik etmiş bir şəhərdə doğulub boya başa çatmışdı Davud. 

XX əsrin ən dəhşətli faciələrindən birinə şahidlik etmiş Haqverdiyev Davud. Həyatı haqqında məqalə hazırlamaq fikirinə düşdükdə qərara aldıq ki,  Davud Haqverdiyevin ailəsi, doğmaları ilə görüşək.  Araşdırmamıza  qəhrəman şəhid  haqqında ən düzgün və bilinməyan məlumatları bir də doğmalarından dinlədiklərimizi əlavə edək . Vaxt itirmədən üz tutduq şəhidin ailəsinin yaşadığı Pirallahı rayonuna. Bizi şəhidin həyat yoldaşı Hacıxanım Nazilə Haqverdiyeva və övladları qarşıladı. Davud Haqverdiyev kimi dürüst, vətənsevər həyat yoldaşını itirmək çox ağırdır. Buna baxmayaraq qəhrəman  şəhidin xanımı olaraq  qürur duyur Nazilə xanım. Söhbət zamanı  ağız dolusu danışırdı həyat yoldaşının necə vətənpərvər , vətənə bağlı və vətən üçün düşünmədən canı bahasına etdiyi xidmətlərindən və  qehramanlıqlarından. Nazilə xanımın Davud Haqverdiyev haqqında danışdıqlarını dinlədikcə  şəhidin  uşaq yaşlarından vətənə, xalqına olan sevgisinin onun   şərəf və ləyaqət dolu həyat və qəhrəmanlıq hekayəsinin təməli olduğunu anlamaq o qədərdə çətin olmurdu bizim ücün.

Nazilə xanım danışır ki,  erməni cəlladları vəhsiliklərindən  əl çəkmir, həmvətənlilərimizin  yaşadıqları məntəqələrə, xüsusən də kəndlərə  hücum çəkirdilər. Malıbəyli, Quşçular, Cəmilli , Meşəli, Kərkicahan  kəndləri  erməni quldurlarının hücumuna məruz qaldığı, odlara qalandığı bir vaxtda  Xocalının  başının üstünü də  qara buludlar   almışdı. Davud kimi  oğulların mərdliyi sayəsində dəfələrlə  ermənilərin şəhərə  olan hücümu dəf edilmisdir. Lakin, günü-gündən tikilən, böyüyən Xocalı  ermənilərin  göz dağına çevrilmişdi və  düşmənlər  Xocalını darmadağın etməkdən ötrü gizli plan hazırlayırdılar. Çətin günlərində heç bir yerdən imdad harayına cavab gəlməyən Xocalını əli yalın olsada tək qoymayan qoynunda yetişdirdiyi   igid oğullarından  ibarət  özünü Özünümüdafiə Taboru yarandı bu zaman. Tofiq Hüseynov Tabor komandiri,  Davud Haqverdiyev isə bu Taborun qərargah rəisi təyin olundu . İşlərinin çoxluguna görə D.Haqverdiyev  günlərlə  evinə gələ bilmir, uşaqlarının üzünü belə görmürdü. Həmcinin  onu tanıyanlar bildirilər ki, Davud Haqverdiyev  hər gün baş verən insalıqdan kənar faciələri gördükcə  cox təsirlənir və sarsılırdı. Hər zaman əminliklə  qeyd edirmiş  ki, Uca Allah heç vaxt bu zülmü  yerdə qoymaz!

Davud müəllimin qızı Solmaz xanım dedi: 4 aya yaxın idi ki, Xocalıya nə gələn var idi , nə gedən. Tam mühasirədə olan Xocalıya avtobus belə işləmirdi. Əlac  tək vertolyota qalmışdı ki, Suşa səmasındakı vertolyot qəzasından sonra  Xocalıya vertolyot da işləmədi . O dövr hakimiyyətdə əyləşənlərinin xocalıların harayına səs verməmələri, kömək vədi verib vədlərinə xilaf çıxmaları və ən əsası kreslo ücün oynadıqları məkrli torpaq oyunlarına görə bir şəhərin  soyqırımına şərait yaradıb səssiz qalaraq  Xocalı soyqırımı kimi  ömür boyu silinməyəcək bir dağ çəkdilər sinəmizə. Neçə – neçə günahsız qoca, cavan – uşaq demədən  əliyalın əhalinin faciəli ölümünə şərait yaradıb səssiz qalanlara görə Vətəninə, xalqına baglı Füzuli Rüstəmov, Əlif Hacıyev, Tofiq Hüseynov,  Davud Haqverdiyev, Ələsgər Novruzov, Araz Səlimov, Bahadur Səlimov, Aqil Quliyev, Hikmət Nəzərli, Hafiz Nuriyev, Rövşən Həsənov, Arif Əliyev…kimi igid ogullar  itirdik o gecə. Nazilə xanım yenə söhbətə qoşuldu. Dedi ki, Xocalı faciəsi zamanı bu ailədən səhid olan  təkcə Davud Haqverdiyev deyildi. Davudla yanaşı onun anası Havva xala da həlak olmuşdu, həmçinin,  Xocalı aereportunda  polis isləyən kiçik qardaşı Şahin soyqırım zamanı itkin düşdü. Onun taleyindən bu günə qədər bir xəbər yoxdur. Davud o gecə sakinlərin təhlükəsiz yerə çıxarılması üçün əllərindən gələni əsirgəməmiş, sonda isə şəhid olmuşdur. Şücaəti və qəhrəmanlığı ilə səhidlik zirvəsinə ucalmış  Davud Haqverdiyev ölümündən sonra, Respublika Prezidentinin Sərəncamına əsasən “İgidliyə görə” medalına layiq görülüb.

Bu gün Davud Haqverdiyevin atalarına layiq  tərbiyədə və savadda Vətənə əmanət  olaraq 5 övladı qalmışdır. Hansı ki, ataları ilə qürur duyan və onun kimi Vətəni, xalqı ücün öz sahələrində xidmət gostərərək  atalarının açdığı qəhrəmanlıq yolunu layiqincə  davam etdirirlər. O dövrün hakimiyyətdə əyləsənlərinin məkrli planları və oyunlarına görə  şəhid vermiş ailə olaraq  Nazilə  xanım bu gün 1993-cü ilin iyun ayının 15-də ikinci dəfə hakimiyyətə  gəlisi ilə xalqı agır günlərdən qurtaran Ulu öndər Heydər Əlirza oğlu Əliyev və bu  irsin layiqli davamcısı  olan  Dövlət  Başcısı Cənab İlham Əliyevin və onun xanımı, Ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan çox razı qaldıqlarını bildirirlər.

Son olaraq qeyd edək ki,  bu faciəni yaşamaq, illər sonra yasananları yenidən xatırlayıb  danışmaq qədər, həmçinin dinləmək və yazmaq da  cox çətindir. Nə qədər ağır olsa da bütün bunlar gələcək nəsilləri keçmişdən bixəbər qoymamaq və həqiqətləri çatdırmaq hər birimizin  borcumuzdur. 2020-ci il sentyabr ayının 27-də başlanan və 44 gün davam edən “Dəmir Yumruq” hərbi əməliyyatı tarix kitablarında  qürurla qeyd olunacaqdır. İkinci Vətən muharibəsi bizə göstərdi ki,  Azərbaycanın  hər bir sahədə- istər hərbi, istər sosial, istərsə də iqtisadi olaraq uğurlu yol qət etdiyi bir vaxtda  dövlət müstəqilliyinin təməlini canları-qanları bahasına  əldə etmiş Davud Haqverdiyev kimi qəhrəman oğullarımızı dərin hörmət sevgi, ən əsası, minnətdarlıq hissləri ilə xatırlamalı, xatırlamalı və xatırlatmalıyıq!

Ruhun şad olsun, qısa ömrünə böyük qəhrəmanlıqlar sığdıran  və  qəlblərdə ömürlük yaşamağı üstün tutan şəhidimiz Davud Haqverdiyev!

 

Şamil Sabiroğlu,

Günel İbrahimli,

medonline.az

07.03.2021

AZƏRBAYCAN RESPUBLIKASI
“XOCALI SOYQIRIMINI TANITMA” ictimai birliyi
tel:      (+994 55) 860-48-34

e-mail: xocali.sqtib@gmail.com

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code