Qalib xalqın şanlı Ordusu!!!

0
75

Heç kimə sirr deyil ki, müharibə dövründə Ordumuz yeni bir təcrübə qazandı. Əsas səbəb kimi isə, ordumuzun müharibələrdə iştirak etməməsini qeyd etmək olar. İndiki halda bu müharibə Azərbaycan Ordusuna yeni təcrübələr qazandırıb. Biz bu təcrübələrdən düzgün nəticə çıxarmalıyıq. Bu sahədə çox böyük uğurlarımız olub. Eyni zamanda, müharibə dövründə müəyyən çatışmazlıqlar da olub, ki, onların da həlli istiqamətində tədbirlər görülüb. Müzəffər Ordumuz onun qarşısında duran vəzifənin öhdəsindən məharətlə gəlib və öz hədəflərinə çatdı. Hədəf ərazi bütövlüyümüzün bərpa edilməsi idi və Azərbaycan hərbi qələbəni qazandı. Torpaqları danışıqlar, müzakirə yolu ilə yox, hərbi yolla azad etdik. Döyüşərək, qan tökərək, şəhidlər verərək ədaləti bərpa etdik. Şəhidlərimizin qanını yerdə qoymadıq. Düşməndən intiqamımızı döyüş meydanında aldıq. Azərbaycan Ordusu döyüşlər zamanı öz dözüm və peşəkarlığını nümayiş etdirdi.

Silahdan istifadə etmə məharəti və inanılmaz fiziki qüvvə böyük hazırlıq tələb edir. Sal qayalara aşağıdan dırmaşmaq, müdafiə xətləriniyarmaq peşəkarlıq olmadan  qeyri-mümkündür. Azərbaycanın xüsusi təyinatlılarının və digər hərbi birləşmələrinin misilsiz mərdliyi, qəhrəmanlığı, fədakarlığı nəticəsində biz qələbəni qısa müddət ərzində əldə edə bildik.

Azərbaycan əsgəri bir qəhrəmanlıq nümunəsidir!

Vətən Müharibəsi, eyni zamanda bütün dünyaya Ali Baş Komandanımızın peşəkar komandanlıq sahəsində nümunə olduğunu sübut etdi. Əlbəttə ki, vahid komandanlıq, planlaşdırma olmadan qələbənin əldə olunması mümkünsüz olardı. Bütün elementlərin düzgün kombinasiyası: kəşfiyyat, artilleriya, pilotsuz uçuş aparatları, pilotsuz kamikadzelər, xüsusi təyinatlılar, ordu birləşmələri – qələbəyə gətirib çıxardı.  Ordumuzun peşəkarlığı və şücaəti ilə qürur duymağa əsas verən faktlar çoxdur.

Əldə olunmuş Böyük Qələbədə bütün qoşun növlərinin öz payı var. 44 gün ərzində ərazilərin azad olunmasındaxüsusi təyinatlıların böyük xidməti olub. Döyüş əməliyyatlarında sərhəd xidmətinin xüsusi təyinatlı qüvvələri, daxili qoşunlar, təhlükəsizlik xidməti, kəşfiyyat xidməti, Naxçıvan ordusunun xüsusi qüvvələri də iştirak edirdilər. Onlardan hər birinin vahid komandanlıq altında öz vəzifəsi var idi. Ordu birləşmələri də ərazilərin azad edilməsində və mövqelərin əldə saxlanmasında böyük rol oynadılar. Eyni zamanda, cəbhə aviasiyası, pilotsuz uçuş aparatları itkilərin minimuma endirilməsində çox böyük rol oynayıb. Bu aparatlar təkcə zərbə və kəşfiyyat funksiyalarını deyil, həm də atəşin təshih edilməsi funksiyalarını yerinə yetirirdi. Hətta bəzən göstərilən kadrlarda da görünür ki, hədəf götürülüb, mərmi isə hədəfi vurur. Buna görə də bütün bu əməliyyatların kombinasiyası uğurla nəticələnib. Planlaşdırma düzgün olmasaydı qələbənin əldə olunması çox çətin olardı. Strateji planlaşdırma qələbənin əldə olunmasını təmin edən əsas amillərdən biridir. Vətən müharibəsi və əldə olunmuş Böyük Qələbə – strateji planlaşdırma və peşəkar komandanlığın vəhdəti nümunəsidir!

Var olsun Azərbaycan xalqı!

Eşq olsun Şanlı Azərbaycan Ordusuna!

Yaşasın Ali Baş Komandan!

 

            Diqqətinizə görə minnətdaram!

Dərin hörmətlə,                                                           

Nuralı Əlizadə

Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı”

Gənclər Təşkilatının Sədri,

                                                                                                                                                                                                                                                           .                                   BAKI ŞƏHƏRİ, XƏZƏR RAYON SAKİNİ.

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code