“Humanitar Elmlərin İnkişaf Strategiyası” adlı Respublika elmi konfransı keçirilib

0
161

 “Gəncİlk”in təşkilatçılığı ilə virtual “Humanitar Elmlərin İnkişaf Strategiyası” adlı Respublika elmi konfransı keçirilib.

Medonline.az xəbər verir ki, 6-7 mart tarixlərində keçirilən konfransın məqsədi ölkənin müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək,  humanitar elmlər sahəsində əldə etdikləri elmi yenilikləri dinləmək və fikir mübadiləsi aparmaq idi.

Konfransı giriş sözü ilə açan professor Həcər Hüseynova konfransın məqsədi barədə məlumat verərək, mövzunun aktuallığından danışıb. Həzrəti Məhəmməd (s.a.v.) Peyğəmbərin elm haqqında kəlamlarını xatırladaraq  bildirdi ki, elm yolunda məqsədli addımlar atmaq bizim canımızdadır, bu yolu seçmişiksə bunu davam etdirməliyik, çünki bu bizim səngərimizdir. 

AMEA-nın Nizami  Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Mətbuat tarixi və publisistika” şöbəsinin müdiri, professor Vüqar Əhməd  mövzunun aktuallığına diqqət çəkərək, gənc nəslin humanitar elmlər sahəsində tədqiqatlarını yüksək qiymətləndirdi. Onların işinə uğurlar arzuladı. 

Professor Mirvari İsmayılova çıxışında qeyd etdi ki, konfrans humanitar sahədə gənc alimlərin, tədqiqatçıların inkişafına təkan verəcəkdir.

Açılışda dosent Fəxrəddin Yusifov, dosent Konül Səmədova və konfransın təşkilat komitəsinin sədr müavini Əlvan Cəfərov çıxış etdi. Natiqlər konfransın əhəmiyyətindən danışaraq, onun işinə uğurlar arzuladılar.

Konfransda ölkənin müxtəlif universitet və akademiyalarından 70-ə yaxın tədqiqatçı iştirak edirdi. Açlışdan sonra bölmə iclasları fəaliyyətə başladı. Bölmə iclasları dəyərli elm xadimlərimiz tərəfindən qarşılıqlı müzakirə əsasında təşkil edilmişdir. Konfrans sonunda materiallar toplanılaraq toplu halında nəşr üçün hazırlanmış və iştirakçılara sertifkatlar təqdim edilmişdir.

Sənan İmanov, 

medonline.az saytının müxbiri. 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code