Sahibkar Leyla Əhmədovanın adından hədiyyələr paylandı!

0
61

Rusiyanın Rostov vilayətində yaşayan azərbaycanlıların böyük bir hissəsi Gürcüstanın Dmanisi vilayətindən (Borçalı mahalından) olan sahibkar xanım Leyla Şəmşi qızının ətrafında toplaşaraq Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə tanıdılmasına cəhd göstərirlər. Qarabağ faciəsi və Xocalı soyqırımının baş verməsində Rusiyanın o zamankı rəhbərliyinin əlinin olması bu cür məsələlərdə ehtiyatlı davranmağa da sövq edir. Çünki, Rusiyada ən azı 2, 5 mln. Azərbaycanlının yaşadığını nəzərə alsaq, bu prosesin hansı çətinliklər hesabına baş tutduğunu dəyərli oxucular da yaxşı başa düşərlər. Rostov vilayətində, o cümlədən, Volqoqradda  tarixi düşmənlərimiz olan ermənilərin də aktiv olmaları bölgədə yaşayan soydaşlarımızın işlərini xeyli çətinləşdirir. Bu günlərdə L.Əhmədova həmfikir dostları ilə birlikdə XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının 29-cu ildönümünü qeyd etdilər. Tədbirə Rusiyanın Moskva vilayətindən, Soçidən çoxlu şəxs dəvət edilmişdi.

Martın 5-də isə Leyla Əhmədova və tərəfdarları 8 mart-Beynəlxalq Qadınlar günü münasibətilə Rostov vilayətində yerləşən Uşaq İnternat məktəbinə və  Əlil Qadınlar yaşayan Pansionata baş çəkdilər. Tədbirin baş tutmasında diaspor fəalları Seymur Fəxrəddin oğlu Xanızadə (Şəmkir), Ruslan Arif oğlu Qəmbərov, Bulud Bahadur oğlu İbadov (Beyləqan), Cabbar Tofiq oğlu Orucov (Beyləqan), Tahir Məhəmməd oğlu Əhmədov (Gürcüstan, Borçalı mahalı),  Aslan Cümşüd oğlu Piriyev (Beyləqan)  xüsusi fərqləndilər. Musiqiçilərdən müğənni Vüsal Əhmədov (Samux rayonu) və sintizator ifaçısı Elman Məmmədovun ( Bərdə şəhəri) adlarını xüsusi qeyd etmək lazımdır. Tədbiri Rostov vilayətinin Aksay rayonundakı “Xeyirxah Ürək”(Dobroye Serdçe) ictimai birliyinin rəhbəri Pustovaya Svetlana Petrovna açdı. O, uşaqları, onların tədbirdə iştirak edən valideynlərini(qadınları) və xanım  müəllimləri Beynəlxalq Qadınlar günü ilə əlaqədar təbrik etdi, onlara ən xoş arzularını bildirdi. Aksay rayonunda yaşayan sahibkar xanım Leyla Əhmədova da məktəbliləri bu əlamətdar gün münasibətilə təbrik etdi. M.A.Şoloxov adına Kitabxananın direktoru Yeremina Marina İvanovna da təbriklərə qoşuldu. Azərbaycandan olan musiqiçilər həzin musiqilərlə ürəkləri fəth etdilər. Leyla Əhmədova gətirdikləri hədiyyələri xanım məktəblilərə, pedaqoqlara və bəzi qadın valideynlərə təqdim etdilər.

Sonda təşkilatçılara hədiyyələr təqdim olundu.

 

Şamil Sabiroğlu.

Medonline.az

Fotolar: fotoqraf-operator Rafiq Hüseynzadəyə məxsusdur.

Rusiya Federasiyası, Rostov vilayəti, 05.03.2021.     

AZƏRBAYCAN RESPUBLIKASI
“XOCALI SOYQIRIMINI TANITMA” ictimai birliyi
tel:      (+994 55) 860-48-34

e-mail: xocali.sqtib@gmail.com

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code