Nazirlik rəsmisi: “Vaksinasiya ilə bağlı sosial şəkələrdəki yalnış informasiyalar çaşqınlığa səbəb olur”

0
14

Koronavirusa qarşı vaksin vurulan şəxslər arasında hər hansı ciddi bir vəziyyət və yaxud şikayətlə qarşılaşmamışıq.

Bunu müsahibəsində Səhiyyə Nazirliyi COVID-19-la mübarizə işçi qrupunun üzvü Səbinə Babazadə deyib. 

O bildirib ki, təkcə COVID-19 vaksini yox, bütün vaksinlərin vurulduqdan sonra müəyyən yan təsirlər özünü göstərə bilər:

“Halsızlıq, qısa müddətli baş ağrıları, yüngül hərarət və ya inyeksiya yerində az miqdarda ağrı baş verə biləcək normal hallardır. Bəzən vaksinin həyəcanından təzyiqin qalxması da mümkündür. Bu hallar bütün vaksinlər üçün keçərlidir. Hər hansı ciddi bir vəziyyət və yaxud şikayətlə qarşılaşmamışıq”.

Bəzi insanların vaksindən imtina etmələri ilə bağlı mövzuya münasibət bildirən S.Babazadə əlavə edib ki, peyvənd infeksion xəstəliklərə qarşı ən effektiv müdafiə üsuludur:

“Hazırda vaksinasiya prosesi strategiyaya uyğun olaraq uğurlu şəkildə davam edir. Sağlamlıq şərtləri uyğun olan, strategiyada yer almış hər bir vətəndaş vaksinasiya prosesində iştirak etməlidir. Vaksinasiya ilk növbədə həmin şəxsin özünü və yaxınlarını yoluxmadan qoruyur. Kütləvi yoluxma halları və ölüm saylarını unutmamalıyıq.

Vaksinlər bizi ağırlaşma hallarından və ölüm hadisələrindən qoruyaraq səhiyyənin də yükünü azaltmış olacaq. Vətəndaşları etibarlı mənbələrə – rəsmi qurum və nümayəndələrin fikirlərinə əsaslanmağa çağırıram. Bəzən sosial şəbəkələrdə paylaşılan yanlış informasiyalar insanlarda narahatlıq və çaşqınlığa səbəb olur. Bəzi səhifələrin izlənmə saylarını artırma məqsədi ilə paylaşdıqları həqiqəti əks etdirməyən yazılar ajiotaja səbəb olur.

Bu tip paylaşımlar bəzən ciddi şəkildə psixoloji gərginliyə gətirib çıxarır ki, bu da cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Həssas mövzuda hər bir vətəndaş yalnız rəsmi məlumatlara inanmalıdır. Yalnız qısa zamanda edilən peyvəndlərlə kütləvi immun sistemi qazanaraq COVID-19-a qalib gəlmək mümkündür”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code