Qasparyanın “kitabı bağlandı”: Nikolun planı gerçəkləşir…

0
24

Ermənistan prezidenti Armen Sarkisyan Nikol Paşinyanın baş qərargah rəisi Onik Qasparyanın istefası ilə bağlı ikinci dəfə göndərdiyi fərmanı da imzalamadı, beləliklə, Qasparyan vəzifəsində qalır, lakin hələlik…

Paşinyanın fərman layihəsini geri qaytaran Armen Sarkisyan “Hərbi qulluqçuların statusu haqqında” qanuna parlamentin etdiyi dəyişikliyin Konstitusiyaya uyğunlaşdırılması üçün Konstitusiya Məhkəməsinə müraciət edəcək.

Ermənistan parlamenti Hərbi Nəzarət Xidmətinin rəisi Movses Akopyanı vəzifədən azad etmək üçün ötən il qanuna “yüksək komandanlıq heyətində təmsil olunan hərbçilərin vəzifədən uzaqlaşdırılması bu qanunun 1-ci maddəsində müəyyən edilmiş əsasların olub-olmamasından asılı olmayaraq, həyata keçirilə bilər” dəyişikliyini etmişdi. Həmin vaxt Akopyanın qovulmasında fikir ayrılığı olmadığı üçün dəyişikliyin Konstitusiyaya uyğunlaşdırılmasına ehtiyac yox idi.

İndi ehtiyac var və Armen Sarkisyan sabah KM-nə məlum dəyişikliyin Konstitusiyaya uyğunlaşdırılması üçün müraciət edəcək. Uyğunlaşdırılma baş tutduqdan sonra, Paşinyanın Onik Qasparyanı istefaya göndərmək qərarı prezidentdən asılı olmayaraq, qüvvəyə minəcək.

Paşinyanla Sarkisyanın dünən mitinqdən öncəki görüşündə razılığa gəldiyi ehtimalı haqda yazmışdıq.

Nikolla Armen referendumun keçirilməsi və prezident səlahiyyətlərinin artırılması ilə bağlı razılaşdı, əvəzində prezident “hərbi qulluqçuların statusu haqqında” qanuna dəyişikliyin konstitusiyaya uyğunlaşdırılması üçün hərəkətə keçdi.

Armen Sarkisyan: nə hökumət, nə də ordu ilə üz-üzə gəlmədən, öz səlahiyyətlərinin artırılması vədini (hələ ki vəddir, çünki Nikolun ona qarşı oyun oynadığı ehtimalı da güclüdür) əldə etdi;

Nikol Paşinyan: dəyişiklik təsdiqlənərsə, təkcə Qasparyanı yox, həm də ona tabe olmayacaq bütün hərbçiləri vəzifəsindən azad etmək imkanı əldə edəcək və bununla prezidentdən asılılığı da aradan qalxacaq;

Ağıllı oyundur, indi son söz KM-dədir, dəyişikliyi təsdiqləyəcəkmi?

KM-nin keçmiş hakimiyyətin dövründə qalan hakimləri Nikolla ədavət aparır, mümkündür ki, dəyişikliyi konstitusiyaya uyğunlaşdırmaqdan imtina etsinlər. O zaman, Paşinyan tərəfdarları ilə KM binasını mühasirəyə alacaq, hakimlərə qarşı qiyama dəstək ittihamı irəli sürüləcək.

Nikol üstünlüyünü qurban verməklə həlledici zərbəyə hazırlaşır və hələki qazanan tərəfdir…

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code