Qarabağda xüsusi əməkdaşlıq!!!

0
38

Bu gün Azərbaycanda bütün sahələrdə inkişaf var, ölkəmizin iqtisadiyyatı böyüyür, insanların həyat səviyyəsi daha da yaxşılaşır. Azərbaycan regionda həyata keçirilən bütün qlobal layihələrinin əsas tərəfdaşlarından biridir.

Artıq işğaldan azad olunmuş torpaqlarda bərpa işlərinə başlanılıb. Bu prosesdə həm yerli, həm də xarici dost ölkələrin şirkətləri iştirak edir. Bununla bağlı xarici ölkələrin şirkətləri ilə konkret əməkdaşlığa başlanılıb. İşğaldan azad olunmuş ərazilərimizin bərpa və yenidənqurma, eləcə də iqtisadi inkişaf prosesinə Azərbaycanla dost olan ölkələrin şirkətlərinin cəlb edilir. 44 günlük müharibə dövründə bizim yanımızda olub, Azərbaycanı dəstəkləyən ölkələrin şirkətləri bugünkü bərpa işlərində iştirak edəcəkdir. Hazırda müəyyən şirkətlər, artıq həmin ərazilərdə fəaliyyət göstərir. Qarabağın yenidənqurma və bərpa işlərinin həyata keçirilməsində başqa şirkətlər də həmin ərazilərə dəvət olunub. Bu şirkətlər işğaldan azad edilmiş ərazilərdə investisiya layihələrinin həyata keçirilməsində iştirak edəcəklər. Bir daha qeyd etmək istəyirəm ki, bizim yanımızda olan, dəstək verən ölkələrin şirkətləri üçün Azərbaycan həmişə açıqdır. Onlar, öz investisiyalarını yatıra, işğaldan azad olunmuş ərazilərimizin bərpasında iştirak edə bilərlər.

İndi Qarabağda bərpa dövrü başlayır, genişmiqyaslı quruculuq işləri aparılacaq. Əlbəttə ki, Azərbaycan şirkətləri, ilk növbədə, bu işlərdə iştirak edəcək və bizim üçün dost olan ölkələrin şirkətlərini də artıq dəvət etmişik. Bu şirkətləri bu işlərdə, yəni, bərpa, yenidənqurma işlərində fəal iştirak edirlər. Əlbəttə, dost ölkələrin şirkətləri bu işlərdə iştirak edəcəklər. Əsl dostluq isə özünü çətin anlarda büruzə verir. Bizim üçün də bu müharibə, eyni zamanda, onu göstərdi ki, Azərbaycanın əsl dostları kimlərdir, hansı ölkələrdir. Biz dostluğu qiymətləndirən xalqıq.

Azərbaycan Qarabağda, həçinin, yaşıl enerji zonalarının yaradılması üçün beynəlxalq şirkətlərlə əməkdaşlıq edəcək.  Ölkə başçısının göstərişinə əsasən, “işğal altında olmuş ərazilər” “yaşıl enerji zonalarına” çevriləcək və bununla bağlı bir çox beynəlxalq şirkətlərlə əməkdaşlıq ediləcəkdir.

Ölkəmizin ərazi bütövlüyünün bərpası ilə nəticələnən 44 günlük müharibədən sonra xarici ölkələrin yüksək səviyyəli rəsmilərinin ölkəmizə səfərləri çərçivəsində səsləndirdikləri fikirlər də bunun bariz nümunəsidir.

İşğaldan azad edilmiş ərazilərdə investisiya layihələri həm mənəvi, həm də, sosial-iqtisadi baxımdan çox əhəmiyyətlidir. Təbii ki, abadlıq bərpa işləri kifayət qədər böyük xərclər tələb edən prosesdir və böyük maliyyə qaynaqlarına ehtiyac var. Ən başlıcası isə odur ki, quruculuq işləri artıq başlayıb. Bütün torpaqlar planlı şəkildə bərpa ediləcək. Orada insanlar üçün şərait yaradılacaq, elə şərait ki, dünya üçün nümunə olacaq. Heç bir qanunsuz hərəkət ola bilməz. Heç bir torpaq zəbt oluna bilməz. Hər şey planlı şəkildə və əsaslı şəkildədir. Mən əminəm ki, buna biz nail olacağıq. Qarabağda soydaşlarımızı xoşbəxt günlər gözləyir.

         Azərbaycan xalqı Vətən müharibəsində xain düşmən üzərində parlaq qələbə qazanaraq doğma torpaqlarını azad etmişdir. Bununla da, xal­qımız öz qədim tarixinin ən şanlı səhifələrindən birini yazmışdır. İndi ən vacib vəzifə işğaldan azad edilən əraziləri tezliklə bərpa edərək insanların doğma yurdları­na qayıtmaları üçün lazımi şərait yaratmaqdır.

Bu gün heç kəs zərrə qədər şübhə etmir ki, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə gözəl Şuşamız, külli Qarabağımız ən yaxın aylar, illər ərzində yenidən dirçəldiləcək, insanlar doğma torpaqlarında şən, xoşbəxt həyat sürəcəklər. Sevindirici haldır ki, hər bir Azərbaycan vətəndaşı böyük həvəs və ruh yüksəkliyi ilə bu müqəddəs missiyada iştirak etmək arzusundadır.

Qarşıda bizi Qarabağda nəhəng tikinti-quruculuq, abadlıq işləri gözləyir. Yağı düşmən Qarabağ torpağında ağlasığmaz vəhşiliklər törətmişdir, evləri, bağçaları, məktəbləri dağıtmış, meşələri yandır­mış, yolları bərbad vəziyyətə salmış­dır. Sanki Qarabağ üzərindən vəhşi qəbilələr keçmişdir. Erməni xisləti məhz budur, sivil dünya bunu görməli və lazımi nəticə çıxarmalıdır.

Bəli, neçə illər işğalda qalan, dağıdılan, viranə qoyulan yurd yerlərimiz tezliklə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə tikinti-quruculuq, abadlıq meydanına çevriləcək, bu ərazilərdə yenə də sevinc, fərəh yaşanılacaq, amma erməni vandallığı, barbarlığı heç vaxt unudulmayacaq!…

Yaşasın cənab Ali Baş Komandan!

 

Qarabağ Azərbaycandır!

Diqqətinizə görə minnətdaram!

   Dərin hörmətlə, 

                                                                                                                                    Nuralı Müşfiq   oğlu Əlizadə.

                                                                                                                                            Azərbaycan Respublikası

                                                                                                                           Şəhid Ailələrinə “Qayğı” Cəmiyyəti

                                                                                                                                             Gənclər təşkilatının sədri.

 

                                                                                                             BAKI ŞƏHƏRİ XƏZƏR RAYON SAKİNİ.

 

         

                                                                                                                                                        

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code