Soyqırım qurbanlarının xatirəsi Rostov vilayətində yad edildi.

0
68

Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi Rusiyanın Rostov vilayətində də yad olunub. Tədbir iştirakçıları öncə 1941-1945-ci illərdə baş vermiş Böyük Vətən Müharibəsində həlak olan soydaşlarımızın xatirəsini Taqanroq şəhərində ucaldılmış böyük abidə önündə yad ediblər. Tədbiri Azərbaycan Diasporunun fəallarından olan Leyla Əhmədova açdı. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan soydaşlarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Daha sonra Elman Allahverdiyev, Ceyhun Əliyev, Rövşən Bədəlov, Seymur Xanızadə, Ruslan Qənbərov, Kamran Borçalı, Məzahir Göyçaylı, Sənan Şəmkirli, Ruslan İsmayıllı, Rəsul Tovuzlu, Aslan Beyləqanlı və başqaları çıxış edərək erməni vəhşiliyindən danışdılar. Çıxış edənlər qeyd etdilər ki, 44 günlük Vətən Savaşında Azərbaycan xalqı böyük qələbə qazandı. Ordumuz tarixə qızıl hərflərlə yazılan şücaət göstərdi. Erməni vəhşiliklərinin, törətdikləri dəhşətli soyqırımların qisası qismən alındı.

Könül Həsənli

Medonline.az

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code