“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” ictimai birliyinin toplantısı keçirilib

0
240

Azərbaycan Respublikası “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” ictimai birliyinin yaradılmasının 3-cü ildönümü münasibətilə – ölkədə mövcud olan karantin qaydalarına riayət etməklə və məhdud çərçivədə tədbir keçirildi. Tədbiri Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti, tanınmış yazıçı-publisist, “Tərəqqi” medallı Əkbər Qoşalı açdı. Əkbər müəllim, Təşkilatın 3 yaşının 2020-ci ildə tamam olduğunu qeyd etdi. Natiq dedi ki, 2020-ci ildə Covid-19 pandemiyası ilə əlaqədar kütləvi tədbirlərin keçirilməsi qadağan edilmişdi. Buna görə də hesabat xarakterli yığıncaq indi keçirilir. Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan soydaşlarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Əkbər müəllim öncə sözü Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat xanım Qənirə Paşayevaya verdi. Qənirə xanım “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” ictimai birliyinin (RHİMİB) fəaliyyətini yüksək qiymətləndirdi. Q.Paşayeva dedi:-RHİMİB-nin fəaliyyəti göz qabağındadır. Bu Təşkilatın sədri Arzu Bağırova və İdarə Heyətinin üzvləri qüvvədə olan mövcud qanunvericilik aktları və beynəlxalq normativ aktlar çərçivəsində fəaliyyət göstərir. Öz üzərinə şəhid ailələrinə, əlillərə, kimsəsizlərə və digər sosial təminata ehtiyacı olanlara yardım göstərməyi götürmüş RHİMİB-nin fəalları bu istiqamətdə yüksək nəticələr əldə etmişlər. Q.Paşayeva Birliyin fəaliyyətini qənaətbəxş hesab etdi və gələcək işlərində uğurlar arzuladı.
Milli Məclisin deputatı Məşhur Məmmədov əslən Masallı rayonundan olan Arzu Bağırovanın ictimai fəallığını yüksək qiymətləndirdi. Məşhur müəllim dedi ki, istər Covid 19 pandemiyası ilə mübarizə çərçivəsində, istərsə də aztəminatlı ailələrə dayaq durmaq üçün RHİMİB-nin İdarə Heyəti və sədr Arzu Bağırova mümkün olan hər cür dəstək göstərdilər. 2020-ci il sentyabr ayının 27-də başlanan və 44 gün davam edən Vətən savaşında düşmən üzərində tarixi qələbənin qazanılması üçün bu Təşkilatın fəalları da əllərindən gələni əsirgəmədilər. Arzu xanım, Masallı rayonunun Bədəlan kəndindən olan və ali məktəblərə daxil olmuş 10 nəfərdən çox qızın illik təhsil haqqını ödədi. Mən də “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” ictimai birliyinin hesabat dövründəki fəaliyyətini yüksək qiymətləndirirəm.
Hesabat məruzəsi ilə çıxış edən A.Bağırova daim yanında olan ömür-gün yoldaşı Səməd müəllimə və Milli Məclisin Komitə sədri, Qənirə Paşayevaya təşəkkürünü bildirdi. Arzu xanım dedi:
-Biz, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Ölkənin Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyevanın vətəndaş cəmiyyətinə verdiyi dəyəri yüksək qiymətləndiririk. 44 günlük Vətən savaşı zamanı dövlət, xalq və ordunun birliyi nəticəsində düşmən üzərində tarixi qələbəyə nail olduq. Çox şadam ki, qələbənin qazanılmasında rəhbərlik etdiyim Təşkilatın fəallarının da xidmətləri var. Biz, Milli Məclisin Komitə sədri Qənirə Paşayeva ilə birlikdə və mütəmadi olaraq Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olanların ailələrini, həmçinin müharibə əlil və veteranlarını ziyarət edirik. Biz, müstəqil Azərbaycanımızın daha da çiçəklənməsi üçün bundan sonra da əllərimizdən gələni əsirgəməyəcəyik.
Respublika Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri, Qarabağ qazisi Füzuli Rzaquliyev, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, medonline.az saytının baş redaktoru, müharibə veteranı  Şamil Sabiroğlu (Ələkbərli), Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri, Qarabağ qazisi Ədalət Məhərrəmov çıxış edərək “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” ictimai birliyinin fəaliyyətini yüksək qiymətləndirdilər. E.Həsənli, F.Rzaquliyev, Ş.Sabiroğlu və Ə.Məhərrəmov Diplom və Fəxri Fərmanları sədr A.Bağırovaya təqdim etdilər.
Xanım Qənirə Paşayeva və xanım Arzu Bağırova da qonaqlara xüsusi hədiyyələri təqdim etdi. 
Daha sonra çay süfrəsi arxasında söhbət davam etdirildi.
Şamilə Şamilqızı,
Familə Mirzəyeva.
medonline.az
Bakı, 28.02.2021.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code